Icma.az
close
up
RU
Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir AZƏRTAC

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

Hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisas fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Seçilən abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır.

Tədris Azərbaycan dilindədir, müddəti 4 ildir.

Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.

Məzunlara hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumatı (012)-590-97-76, (012) 454-12-78, nömrəli telefonlar, habelə Polis Akademiyasının 8880 qaynar xətti vasitəsilə və ya www.mia.gov.azwww.pa.edu.az internet saytlarından, Polis Akademiyasının rəsmi instaqram və feysbuk sosial şəbəkələrindən əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see124

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see123

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see122

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see122

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri