Icma.az
close
up
RU
Politoloq: İsraillə Azərbaycan arasında hərbi texniki sahədə də əməkdaşlıq genişlənməkdədir

Politoloq: İsraillə Azərbaycan arasında hərbi texniki sahədə də əməkdaşlıq genişlənməkdədir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar Əbu-Dabidə (BƏƏ) görüş keçiriblər.

Bu barədə Azərbaycan XİN X sosial şəbəkəsində paylaşım edib.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub. Tərəflər habelə yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ölkəmizin Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.

Qarşı tərəf həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Politoloq İlyas Hüseynov "Sherg.az"a söyləyib ki, Azərbaycan və İsrail arasında çox möhkəm dostluq münasibətləri mövcuddur:

"Azərbaycan Respublikasının İsraildə açılan səfirliyi ikitərəfli münasibətlərin inkişafına xidmət edir. Eyni zamanda BƏƏ-də iki ölkənin xarici işlər nazirlərinin görüşü siyasi-iqtisadi, humanitar sahədə olan əlaqələrin müzakirəsi qarşıdakı dövrdə yeni nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən hazırda yüksək texnologiyalar, səhiyyə və təhsil sahəsində təcrübə mübadiləsi aparılır. Önəmli məsələ bundan ibarətdir ki, İsraillə Azərbaycan arasında həm də hərbi-texniki sahədə də əməkdaşlıq genişlənməkdədir. Bu da ölkəmizin müdafiə qüdrətini artırır və təhlükəsizliyini bir qədər də möhkəmləndirir. Eyni zamanda investisiya və ticarət, eləcə də iqtisadi münasibətlərin inkişafı üçün yaxşı şərait mövcuddur. Üstəlik, İsrail dövlətinin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, Qarabağ və Şərqi Zəngəzura investisiya yatırılması üçün geniş imkanlar var".


Politoloqun sözlərinə görə, bu cür görüşlər, təmaslar həm də ölkəmizə yatırımın həcmini bir qədər də artıracaq:

"Nəticədə sözügedən məsələlər ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün dünyada parçalanmaların, müxtəlif dövlətlərin koalisiyaya qoşulmasının fonunda müəyyən fikir mübadilələri aparmaq və gələcəyə hesablanmış əməkdaşlıq formalaşdırmaq vacib rol oynayır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri