Icma.az
close
up
RU
Politoloq: Prezidentin Çin səfəri Azərbaycanın Avrasiya məkanında diplomatik manevr imkanlarını genişləndirəcək

Politoloq: Prezidentin Çin səfəri Azərbaycanın Avrasiya məkanında diplomatik manevr imkanlarını genişləndirəcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT plyus” formatında keçirilən Sammitində iştirakı ölkəmizin milli maraqlara əsaslanan çevik və çoxşaxəli xarici siyasətinin növbəti strateji uğuru kimi dəyərləndirilməlidir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı nöqteyi-nəzərindən deyil, eləcə də Azərbaycanın Avrasiya məkanında artan nüfuzunun və diplomatik manevr imkanlarının genişlənməsinin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, dövlətimizin başçısının səfər çərçivəsində Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakı Azərbaycan–Çin münasibətlərinin yüksək səviyyədə qarşılıqlı siyasi etimada əsaslandığını bir daha təsdiq edən mühüm məqamdır. Həmçinin bu səfər Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq məzmunu ilə zənginləşdiyinin də göstəricisidir. Belə ki, son zamanlarda iki ölkə arasında ticarət dövriyyəsinin sabit artım dinamikası, siyasi dialoqun intensivləşməsi və Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakı ikitərəfli münasibətlərin yeni məzmuna və inkişaf mərhələsinə keçid etdiyini göstərir. Xüsusilə də nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın Avrasiya məkanında strateji tranzit ölkə rolunu daha da möhkəmləndirir. Digər tərəfdən isə Zəngəzur dəhlizi və Orta Dəhliz kimi irimiqyaslı layihələrin icrası ölkəmizin qlobal ticarət və yükdaşımalar sistemində əvəzolunmaz aktor kimi çıxış etməsinə şərait yaradan mühüm məqamdır.

“Prezident İlham Əliyevin “ŞƏT plyus” Sammitində iştirakı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin daha sistemli şəkildə inkişafına mütləq töhfə verəcək. Bu format müşahidəçi və dialoq tərəfdaşı statusunda olan ölkələr üçün regional təhlükəsizlik, iqtisadi inteqrasiya və enerji təhlükəsizliyi sahələrində fikir mübadiləsində iştirak edərək əməkdaşlıq imkanlarını genişləndirir. Heç şübhəsiz ki, dövlətimizin regional sabitlik və təhlükəsizliyə verdiyi töhfə tərəfdaş dövlətlər tərəfindən də yüksək dəyərləndirilir. Dövlətimizin başçısının rəhbərliyində Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və çoxqütblü xarici siyasət kursu ölkəmizə həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı hörmətə və bərabər hüquqlara əsaslanan münasibətlər qurmaq imkanı yaradıb. Azərbaycanın ŞƏT kimi platformalarda artan fəallığı isə öz növbəsində diplomatik çevikliyin qorunub saxlanmasına, eləcə də ölkəmizin regional və beynəlxalq təşəbbüslərdə fəal iştirakına töhfə verir”, - deyə A.Qurbanova vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin iqtisadi potensialı, geosiyasi mövqeyi və diplomatik nüfuzu beynəlxalq aləmdə yeni səviyyəyə yüksəlib. İstisnasız olaraq qeyd edə bilərik ki, Azərbaycan sabitlik və təhlükəsizlik məsələlərinə konstruktiv yanaşması ilə beynəlxalq ictimaiyyətin etimadını qazanmış yüksələn gücdür. Ona görə də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri və ŞƏT-in “ŞƏT plyus” formatında keçirilən tədbirdə iştirakı bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, qlobal səviyyədə də sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq naminə prinsipial mövqe nümayiş etdirən təşəbbüskar və məsuliyyətli dövlət kimi çıxış edir. Bu uğurlu siyasətin əsasında milli maraqlara əsaslanan, beynəlxalq hüquqa sadiq, çoxtərəfli və müstəqil diplomatiya dayanır. Məhz bu strateji yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, diplomatik əlaqələrinin genişlənməsinə və qlobal təşəbbüslərdə ön sırada yer almasına zəmin yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri