Icma.az
close
up
RU
Politoloq: Rusiya müharibə cinayətlərini davam etdirməkdə maraqlı olduğunu ortaya qoydu

Politoloq: Rusiya müharibə cinayətlərini davam etdirməkdə maraqlı olduğunu ortaya qoydu

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ukraynanın paytaxtı Kiyev növbəti dəfə Rusiyanın raket hücumlarına məruz qalıb. Hücum nəticəsində şəhərdəki bir sıra obyektlərə ziyan dəyib, o cümlədən Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri potensial təhlükə altına düşüb. Bu cür gərginlik sülh danışıqlarının gündəmdə olduğu bir vaxtda baş verir və Moskvanın bu addımı beynəlxalq ictimaiyyətin ciddi suallarına səbəb olub.

Hücumun səbəbləri, mümkün nəticələri, regional təhlükəsizlik və diplomatik proseslərə təsirləri barədə Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Trampla Putin və ardınca da Trampın Zelenski və Avropa liderləri ilə görüşlərindən sonra verilən açıqlamalar müharibənin dayandırılmasına ümidləri cüzi də olsa artırsa da, üzərindən çox keçmədən Putinin və eləcə də digər Rusiya rəsmilərinin bəyanatları onu göstərdi ki, Kreml sülhdə maraqlı deyil və danışıqlar prosesinə də sadəcə vaxt qazanmaq imkanı olaraq baxır:

"Son baş verənlər, yəni Rusiyanın davamlı olaraq Ukraynaya zərbələr endirməsi, o cümlədən də mülki obyektləri hədəfə alması isə deyilənləri bir daha sübut edir. Son olaraq 30 raket və 600-ə yaxın pilotsuz uçan aparatdan istifadə edərək yaşayış binalarını, Azərbaycan da daxil bir sıra ölkələrin nümayəndəliklərinin yerləşdikləri əraziləri hədəfə almaqla da Rusiya müharibə cinayətlərini davam etdirməkdə maraqlı olduğunu açıq şəkildə ortaya qoydu. Müharibə cinayəti deyirəm, çünki Rusiyanın mülki obyektləri hədəfə alması diplomatik və mülki obyektlərin toxunulmazlığını təmin edən Vyana Konvensiyasına qarşı hörmətsizliyin bariz nümunəsidir və Rusiya bu hərəkətlərinə görə mütləq şəkildə nə vaxtsa beynəlxalq məhkəmələr qarşısında cavab verəcək".

"Belə vəziyyətdə sülh danışıqlarının aparılması və aparılsa belə müsbət nəticələrin əldə olunması faktiki olaraq mümkünsüzdür. Bunu artıq ABŞ prezidenti və ümumilikdə Ağ Ev Administrasiyası da anlamağa başlayıb. Trampın son olaraq yenə də Rusiyanı sanksiyalarla təhdid etməsi və "müsbət irəliləyişlər olmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək" deməsi də bunu sübut edib", - deyə analitik qeyd edib.

O əlavə edib ki, Tramp bu təzyiqi təkcə Rusiyaya etmir:

"Bir necə gün əvvəl Ağ Evdəki çıxışında Tramp "Mən Rusiya və ya Ukraynaya sanksiyalar, yaxud güclü tariflər tətbiq etməklə minlərlə insanı xilas edə bilərəm" deyə bir açıqlama ilə çıxış etdi ki, bu da güzəştlər olmayacağı halda, Ukraynaya qarşı da sanksiyaların tətbiq edilə biləcəyinin anonsu idi".

"Ümumilikdə isə vəziyyət onu göstərir ki, Putin bu hədələrdən hər hansı nəticə çıxarmaq niyyətində deyil. Onun davranışları və bəyanatları müharibənin dayandırıla biləcəyinə dair təəssürat yaratmır. Rusiya özünün ilkin şərtlərindən nisbətən geri çəkilsə də, xüsusilə Donbasın Rusiya ərazisi olaraq tanınmasında israr edir. Bundan savayı Ukraynaya təhlükəsizlik zəmanəti verilə biləcəyinə dair müsbət mesajlar verməsinə baxmayaraq, hər hansı bir xarici ölkənin hərbi birliklərinin Ukrayna ərazisinə yerləşməsinə razı olmadığını bildirir və bunu özünün təhlükəsizliyinə təhdid olaraq qiymətləndirir. Odur ki, indiki şəraitdə Putin-Zelenski görüşü baş tutsa belə, Rusiya tərəfinin irəli sürdüyü şərtlər görüşün nəticəsiz başa çatacağını deməyə əsas verir. Bu isə müharibənin davam edəcəyi deməkdir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri