Politoloq: Sülh təşəbbüslərinin reallaşması beynəlxalq oyunçuların Cənubi Qafqaza marağını artıra bilər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC
AVROPA İttifaqı (Aİ) investisiyaların cəlbinə dəstək göstərərək, texniki yardım təqdim edərək və Ermənistanın da iştirak etdiyi çoxtərəfli dialoqları təşviq edərək, Zəngəzur dəhlizini ümumi dəyərə çevirməkdə mühüm rol oynaya bilər.
Bunu AZƏRTAC-a müsahibəsində italiyalı politoloq Salvator Santajelo söyləyib.
Onun sözlərinə görə, inklüziv layihələri irəli çəkməklə Aİ dəhlizin regional inkişaf və əməkdaşlıq platformasına çevrilməsinə yardım edə bilər.
“Zəngəzur dəhlizinin uğurlu işə düşməsi və daha geniş sülh təşəbbüslərinin reallaşması digər beynəlxalq oyunçuların Cənubi Qafqaza marağını artıra bilər. Region sabitləşdikcə və iqtisadi imkanlar genişləndikcə, ABŞ, Aİ-yə üzv dövlətlər və hətta Asiya ölkələri investisiya və əməkdaşlıqda maraqlı ola bilər. Bu da regionun qlobal siyasətdə və iqtisadiyyatda əhəmiyyətini möhkəmləndirəcək”, - deyə ekspert qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Sentyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















