Icma.az
close
up
RU
Pomidorun 400 illik qadağan tarixi: Niyə əsrlərlə “şeytan meyvəsi” sayıldı?

Pomidorun 400 illik qadağan tarixi: Niyə əsrlərlə “şeytan meyvəsi” sayıldı?

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Aristokratları öldürən pomidor yox, boşqab idi

Hazırda xörəklərin, salatların əsas inqridiyentlərindən biri və süfrələrin yaraşığı olan pomidor uzaq keçmişdə “zəhərlənmiş alma” hesab edilib və insanlar ondan imtina edib. Səbəbi çox ilgincdir. Pomidorun məişətə gətirilməsi asteklərin adıyla bağlıdır. Asteklər tərəfindən "tomatı" adlandırdığı bu qırmızı tərəvəz 16-cı əsrdə ispan və portuqal kolonistləri tərəfindən Avropaya gətirilib. Lakin onun qırmızı rəngi Avropada güclü qərəz yaradıb. O dövrdə qırmızı günah və şeytani mənalarla əlaqələndirilirdi.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu səbəbdən, pomidora "günahkar" və "fövqəltəbii" damğası vurulub. Pomidorun mənfi imicini dəyişdirən hadisə 1820-ci ildə baş verib. Polkovnik Robert Gibbon Consonun Salem qəsəbəsində camaatın gözü qarşısında bir səbət pomidor yediyi və bununla da, meyvənin zəhərli olmadığını sübut etdiyi deyilir. Bu cəsarətli hərəkət pomidorun taleyini dəyişdirən simvolik məqam hesab olunur. Lakin pomidorlar cəmiyyətin müəyyən bir təbəqəsi, xüsusən də aristokratlar tərəfindən yeyilirdi. Qəribə burasıdır ki, “zəhərli alma”nı yedikdən sonra aristokratlar ya xəstələnir, ya da ölürdülər. Lakin onların xəstəliyinə və ya ölümünə pomidor yox, qalay və qurğuşundan hazırlanmış boşqablar səbəb olurdu. Bu boşqabların tərkibində yüksək miqdarda qurğuşun var idi ki, bu da pomidorun təbii turşuluğu ilə qarışdıqda qurğuşun zəhərlənməsiylə nəticələnirdi. Beləliklə, 400 il Avropada pomidor istehlakı dayandırılıb. Qurğuşun və qalay boşqablar istehlakdan çıxarıldıqdan sonra pomidorlar mətbəxə “qayıdıb”. Uzun illər sonra italyanlar İngiltərədə bəzək bitkisi kimi yetişdirilən pomidorlara yeni yol açdılar. O vaxt İtaliyada artıq “pizza” mədəniyyəti yayılırdı. Əvvəlcə pizzalara yaşıl pomidor əlavə edən italyanlar "sevgi almaları" kimi tanınan qırmızı pomidorları istehlak etməyə başladılar və adını "qızıl alma" qoydular. Bəzi Avropa ölkələrində pomidora qarşı davam edən qərəz, problemin digər Avropa ölkələrində qablardan və onların təhlükəsiz istifadəsindən qaynaqlandığını etiraf etməklə sona çatdı. Pomidorun ABŞ-dən Avropaya səyahətində növbəti dayanacağı Osmanlı imperiyası idi. Tarixi məlumatlara görə, pomidor ilk dəfə Osmanlı İmperatorluğuna 1723-cü ildə Sultan III Əhmədin dövründə gətirilib. O dövrdə Osmanlı torpaqlarında pomidora “kavata” deyirdilər. Osmanlı İmperatorluğunda bu gün bildiyimiz iri pomidorlardan çox kiçik olan albalı pomidorları adi idi və hətta qırmızıya çevrilməmişdən əvvəl yaşıl rəngdə yeyilirdi. Qırmızı pomidordan qaçmağın iki səbəbi var idi: qırmızıya çevrildikcə rənginin getdikcə solacağına inanmaq və qırmızı pomidoru “şeytan meyvəsi” kimi qəbul etmək. Buna görə də qırmızı pomidorun geniş yayılması 19-cu əsrə qədər başlamadı. Pomidorlara qarşı qərəz getdikcə azalsa da, vaxtilə Avropada zəhərli və günahkar sayılan pomidorun pis reputasiyasından əl çəkməsi uzun illər çəkdi. Ancaq bu gün həm kiçik, həm böyük, həm yaşıl, həm də qırmızı bütün dünyada həzz alır. Tomat pastası və sousun hazırlanmasında istifadə edilən pomidor bir çox yeməklərin əsas tərkib hissəsidir.

Məlahət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri