Premyer Liqada daha bir klub baş məşqçisi ilə yolları ayıra BİLƏR
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İngiltərə təmsilçisi "Brayton"un baş məşqçisi Fabian Hürtseler istefa təhlükəsi ilə üz-üzədir.
Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, komanda qarşıdakı oyunlarda nəticələri yaxşılaşdırmasa, alman mütəxəssis istefaya göndərilə bilər.
Premyer Liqada ardıcıl beş oyundur qələbə qazana bilməyən "qağayılar"ın çıxışı klub rəhbərliyini narahat edir. Qarşıdakı matçların Hürtselerin gələcəyi baxımından həlledici olacağı bildirilir.
Qeyd edək ki, bu həftə Premyer Liqada iki baş məşqçi ilə yollar ayrılıb – "Tottenhem" Tomas Franki, "Nottingem Forest" isə Şon Dayçı istefaya göndərib.
Fabian Hürtseler ötən mövsümdən "Brayton"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümünü 8-ci pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 13 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















