Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Prezident İlham Əliyevin liderliyi ilə müasir, demokratik, müstəqil və suveren Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

Prezident İlham Əliyevin liderliyi ilə müasir, demokratik, müstəqil və suveren Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqı özünün zəngin və çoxəsrlik dövlətçilik ənənələri ilə tarix boyu Şərqdə və müsəlman aləmində önəmli mövqeyə sahib olmuşdur. Tarixi mənbələr sübut edir ki, ölkəmizin ərazisində müxtəlif dövlətlər mövcud olmuş, fərqli siyasi idarəetmə sistemləri formalaşmış və dövlətçilik ənənələri qorunaraq yaşadılmışdır. Bu prosesin ən parlaq səhifələrindən biri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır.

Cümhuriyyət təkcə Şərqdə deyil, bütün İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlamentli respublika kimi tarixə düşmüşdür. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik, ordu quruculuğu, hüquq sistemi, təhsil, mədəniyyət və sosial sahələrdə əhəmiyyətli addımlar atılmışdır. Qısa zaman ərzində Cümhuriyyət demokratik əsaslarla parlament formalaşdırmış, dövlət atributlarını – bayraq, gerb və himni qəbul etmiş, milli ordu yaratmışdır. Həmçinin ölkəmizdə ilk ali təhsil ocağı olan Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti) təsis edilmişdir. Ən əsası isə bu dövrdə cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən digər xalqların nümayəndələrinin hüquq bərabərliyi təmin edilmişdir. Hətta qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti kimi Cümhuriyyət Avropanın bir çox dövlətlərini belə qabaqlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə beynəlxalq aləmdə tanınma istiqamətində də mühüm nailiyyətlərə imza atmışdır. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin uğurlu fəaliyyəti nəticəsində 1920-ci ilin yanvarında Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanımışdır. Bu, həmin dövr üçün böyük diplomatik uğur idi.
Lakin 1920-ci ilin aprelində baş vermiş hərbi müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılmışdır. Bununla belə, Cümhuriyyətin dövlətçilik ideyaları xalqın yaddaşından silinməmiş, əksinə, illər boyu milli mübarizənin ideoloji dayağına çevrilmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bəyan etmişdir.
1991-1993-cü illərdə ölkəmizdə müşahidə olunan siyasi böhran, xaos, separatizm cəhdləri dövləti ciddi təhlükəyə məruz qoymuşdur. 1993-cü ildə - müstəqil dövlətçiliyimizin gələcəyi sual altına düşdüyü çətin və məsuliyyətli bir mərhələdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı tariximizin dönüş nöqtəsi olmuşdur. Ümummilli Lider dövlət idarəçiliyində peşəkarlığı, siyasi uzaqgörənliyi və qətiyyətli mövqeyi ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, ölkəmizdə sabitlik yaratmış, yeni Konstitusiyanın qəbuluna nail olmuş və beləliklə, müasir dövlətçiliyin möhkəm təməlini formalaşdırmışdır.
Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti irsinə həssaslıqla yanaşaraq Cümhuriyyətin əhəmiyyətini dəfələrlə vurğulamışdır. Onun imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam bu istiqamətdə fundamental addımlardan biri olmuşdur. Bu, bir tərəfdən tarixi irsə ehtiramın, digər tərəfdən isə müasir dövlətin öz tarixi ilə bağlılığının rəmzinə çevrilmişdir.
Ulu Öndərin hakimiyyəti dövründə atılan əsaslı addımlar nəticəsində ölkənin iqtisadi potensialı artmış, xarici əlaqələr genişlənmiş, beynəlxalq təşkilatlarla əməkdaşlıq möhkəmlənmişdir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin edəcək siyasət – Zəfər yolunun əsası məhz həmin dövrdə qoyulmuşdur. Bu yolun davamı olaraq 2003-cü ildən etibarən Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da qüdrətlənmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər müasir dövlətçilik tariximizin zirvə hadisəsidir.
Prezident İlham Əliyev milli ideallara və dövlətçilik ənənələrinə sadiqliyini davam etdirərək mühüm qərarlar qəbul etmişdir. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur.
Bu gün Azərbaycan müstəqil, suveren bir dövlət olaraq öz yolunu inamla davam etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan yalnız öz gücünə və xalqın dəstəyinə arxalanır: “Biz müstəqil və ləyaqətli siyasət aparırıq. Prinsipial məsələlərdə heç kimə güzəştə getmirik”.
Xalqımız 28 May – Müstəqillik Gününü təkcə tarixi hadisə kimi deyil, eyni zamanda milli iradənin, azadlıq istəyinin və dövlətçilik düşüncəsinin təntənəsi kimi böyük fəxarət və qürur hissi ilə qeyd edir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri