Icma.az
close
up
RU
Prezident konkrekt ərazi adı çəkdi, tapşırıq verdi Detallar

Prezident konkrekt ərazi adı çəkdi, tapşırıq verdi Detallar

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bir sıra aktual məsələlərə toxunulub. Bunlardan biri də su problemləri ilə bağlıdır.

Bu istiqamətdə görüləcək işlər nədən ibarət olacaq?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, müşavirədə müzakirə olunan məsələlər xüsusi aktuallıq daşıyır:

“Çünki dünyada su qıtlığı problemi getdikcə dərinləşir və gələcəkdə ciddi risklər yarada bilər. Bu baxımdan ölkəmizdə su təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi prioritet məsələ kimi qiymətləndirilir. Prezidentin iştirakı ilə keçirilən müşavirədə də mövcud vəziyyətə aydınlıq gətirilib, qarşıdakı dövrdə görüləcək işlər üzrə konkret tapşırıqlar verilib. Qeyd olunub ki, Bakı və onun qəsəbələrini, Sumqayıt şəhəri ilə Abşeron rayonunu əhatə edən Dövlət Proqramının qəbuluna zərurət yaranıb. Proqram həmin ərazilərdə su təchizatı sistemlərinin yenidən qurulmasını, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılmasını və uzunmüddətli, dayanıqlı su təminatının yaradılmasını hədəfləyir. Bu tədbirlər əhalinin gündəlik həyatına birbaşa təsir edən problemlərin həllinə yönəlib”.

Arzuxan Əlizadə

Deputatın sözlərinə görə, proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi planlaşdırılır:

“Bu layihələr qeyd olunan ərazilər üçün strateji əhəmiyyət daşıyır və müvafiq investisiyaların ayrılması nəzərdə tutulur. Məqsəd əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasını təmin etməkdir. Eyni zamanda 100 faiz sayğaclaşdırmaya nail olunması planlaşdırılır və bununla bağlı Prezident də konkret tapşırıqlarını verdi. Müşavirədə səsləndirilən rəqəmlərə görə, hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı təxminən 70 faizdir. Dövlət Proqramının icrası nəticəsində bu göstəricinin 95 faizə çatdırılması hədəflənir. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, o cümlədən ətraf 64 yaşayış məntəqəsində su təchizatı sistemlərinin tam şəkildə yenidən qurulması planlaşdırılır. Bu, genişmiqyaslı layihə hesab olunur. Çünki 200 kilometrdən artıq magistral xətlərin və paylayıcı şəbəkələrin modernləşdirilməsi deməkdir”.

Millət vəkili bildirib ki, proqramın icrası Bakı ətrafı qəsəbə və kəndləri, eləcə də Sumqayıtla Abşeron rayonundakı yaşayış məntəqələrini tam əhatə edəcək:

“Bu isə əhalinin sosial rifahının yaxşılaşmasına mühüm töhfə verəcək. Prezident bu məqamın xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Bununla yanaşı, müşavirədə yağış sularının idarə olunması ilə bağlı mövcud problemlərə də toxunulub. Bildirilib ki, leysan yağışları zamanı Bakıda nəqliyyatın iflic olması hallarına rast gəlinir və bu problem təxirəsalınmaz həll tələb edir. Bu məqsədlə kanalizasiya sistemlərinin yenidən qurulması, Bakının 30 küçəsində yeni yağış suyu kollektorlarının inşası nəzərdə tutulur. Layihənin icrası şəhərin böyük hissəsində yağış sularının effektiv idarə olunmasını və gündəlik həyatda yaranan çətinliklərin aradan qaldırılmasını təmin edəcək”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri