Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Prezident Tatar: “Rum rəhbərliyinin aqressiv siyasətinə qarşı intensiv diplomatiya aparırıq”

Prezident Tatar: “Rum rəhbərliyinin aqressiv siyasətinə qarşı intensiv diplomatiya aparırıq”

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Ersin Tatar, Rum rəhbərliyinin son dövrdə həddini aşmaqda davam etdirdiyi aqressiv siyasətə qarşı intensiv diplomatiya apardıqlarını qeyd etdi. Görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə TAK müxbirinə açıqlama verən Tatar bildirdi: “Rum rəhbərliyi 1964-cü ildən etibarən haqsız və qanunsuz şəkildə ələ keçirdiyi statusun yaratdığı imkanlar vasitəsilə davam etdirdiyi aqressiv siyasətini xüsusilə iqtisadiyyatımızı hədəf alacaq şəkildə hər keçən gün irəli aparmağa çalışır”.

Bizimyol.info xəbər verir ki, Tatar bu siyasətin məqsədinin ŞKTC-nin iqtisadi inkişafını əngəlləmək olduğunu vurğulayıb.

Rum rəhbərliyinin 1968-ci ildən etibarən razılaşma proseslərini rədd edən tərəf olaraq özünə rahatlıq sahəsi yaratdığını qeyd edən Tatar, bu yanaşmanın adadakı bütün haqlar və hüquqların yalnız onlara aid olduğu yanılğısı ilə birləşdiyini və bunun da iki xalqı bir-birindən daha da uzaqlaşdıran siyasətə səbəb olduğunu bildirdi.

Tatar, Rum tərəfinin ŞKTC sərhədləri daxilində daşınmaz əmlaka sərmayə qoyan şəxslərin ardınca düşdüyünü və beynəlxalq səviyyədə qəbul edilmiş mülkiyyət rejimi çərçivəsində fəaliyyət göstərənləri potensial cinayətkar kimi göstərməyə çalışdığını qeyd etdi. Bu təzyiqlərin zamanlamasına baxıldığında, onların hüquqla heç bir əlaqəsinin olmadığının açıq şəkildə göründüyünü söyləyən Tatar, ŞKTC dövlətinin mülkiyyət hüquqlarını əsla inkar etmədiyini bildirdi.

Əksinə, 2005-ci ildə Avropa Şurası ilə birgə formalaşdırılmış və AİHM tərəfindən də təsirli olduğu tanınmış Taşınmaz Mal Komissiyası (TMK) sayəsində Rum hüquq sahiblərinə tərk etdikləri mülklərlə bağlı həll yolları təqdim edildiyini xatırladan Tatar, belə davam etdi:

“Rum tərəfinin əksinə, bu beynəlxalq statusa malik təsirli TMK vasitəsilə Rum müraciətçilərə geri qaytarma, təzminat və dəyişdirmə variantları təqdim edilir. Rum rəhbərliyinin iddiaları, sadəcə aqressiv olmaqla qalmayıb, beynəlxalq hüquqa da ziddir. Öz insanlarına şikayətçi olmaq üçün təzyiq göstərən bu düşüncə tərzi, daxili hüquq yolunun istifadə olunmasının da qarşısını alır. Təəssüf ki, qarşımızdakı tərəf budur.”

Tatar bu mövzuda təsirlənən peşə qrupları və qeyri-hökumət təşkilatları ilə məsləhətləşdiklərini bildirərək, Rum siyasətinə qarşı atılacaq addımları bu əməkdaşlıq çərçivəsində formalaşdırdıqlarını qeyd edib. Tatar: “Atılacaq addımlarla bağlı koordinasiya etdiyimiz tərəfdaşları, müəyyən etdiyimiz yol xəritəsi çərçivəsində həm diplomatik, həm də hüquqi baxımdan dəstəkləməyə davam edirik”, - deyib.

Tatar: “Bənzər şəkildə Məclisimiz də Rum rəhbərliyinin qəbul edilməz aqressiv siyasətinə cavab olaraq, həftənin əvvəlində qəbul edəcəyi qərarla Məclis heyətimizi Strasburq və Brüssel başda olmaqla müvafiq şəhərlərə göndərəcəkdir”, - deyib və Prezidentlik olaraq bu təşəbbüslərə hər cür hüquqi, siyasi və diplomatik dəstəyin göstərilməyə davam ediləcəyini vurğulayıb. Tatar həmçinin xaricdəki nümayəndəliklərin də eyni zamanda qarşı tərəfə yönəlik girişimlər etdiyini bildirib.

BMT Baş katibinin Şəxsi Nümayəndəsi Maria Holguin ilə sabah görüşəcəyini bildirən Tatar: “Bu görüşdə xüsusilə bu mövzuya dəfələrlə toxunacağam. Əvvəlki vəzifəsinə təyin olunmasından dərhal sonra başlayan Rum baskı siyasətinin artaraq davam etdiyini ifadə edəcəyəm”, - deyib.

Tatar belə davam etdi: “Cenevrədə işləmək üçün razılaşdırdığımız altı təşəbbüs üzrə tərəflərə yardım etmək və iyul ayının sonunda keçiriləcək növbəti qeyri-rəsmi görüşə hazırlıq məqsədilə təyin edilən Şəxsi Nümayəndə Holguinə, "bu cür bir mühitdə necə müsbət bir inkişaf gözləmək olar ki?" deyəcəyəm və bütün bunları cənab Baş katibə dərhal çatdırmasını tələb edəcəyəm. 5 may tarixində keçirilən liderlər görüşündə, Rum liderin iştirakında bu mesajımı Xüsusi Nümayəndə vasitəsilə cənab Baş katibə çatdırdım. Şəxsi nümayəndə adaya gəlməzdən əvvəl də bu məsələni özünə bildirdim. Atdığım addımların və etdiyim işlərin bilinməsini istəyirəm.”

“Gəldiyimiz mərhələdə, 2024-cü ilin yanvar ayından etibarən yenidən alovlanan bu siyasətə qarşı intensiv diplomatiya aparırıq”, - deyən Prezident Tatar, bu diplomatiyanı BMT Baş katibi və nümayəndələri, AB Komissiyası rəsmiləri və xarici səfirliklər çərçivəsində davam etdirdiklərini bildirdi.

Prezident Tatar çıxışının davamında bunları qeyd edinb: “Xatırlanacağı kimi, Rum düşmənçiliyi siyasətinin doğuracağı nəticələrlə bağlı olaraq, əvvəlcə 5 aprel 2024, ardından sentyabr 2024 tarixlərində cənab BMT Baş katibi ilə keçirdiyim təkbətək görüşlərdə, Rum rəhbərliyinin apardığı ikiüzlü siyasətin xüsusi ilə qeyd edtbim. Həmçinin 15 oktyabrda Nyu-Yorkda Rum liderlə qeyri-rəsmi yemək zamanı bu siyasətin dayandırılması gərəkdiyini üzünə dedim. Davamında adada keçirdiyimiz görüşlərdə də, Cenevrədə BMT Baş katibinin ev sahibliyi ilə keçirilən qeyri-rəsmi görüşdə də bütün iştirakçıların önündə bu məsələni yenidən gündəmə gətirdim.”

Bu müddət ərzində özəl nümayəndəsinin komandası ilə birlikdə aparılan intensiv diplomatik fəaliyyət çərçivəsində, BMT, AB və adada yerləşən səfirlər daxil olmaqla aidiyyəti qurumlara mövzunun detalları çatdırıldığını bildirən Tatar: “Aidiyyəti diplomatik çevrələrlə yazılı şəkildə məsələnin detalları və haqsız, qanunsuz tətbiqlər paylaşılmışdır. Hüquq komandam da mart və aprel aylarında Strasburqa gedərək oradakı əlaqədar şəxsləri bu mövzu barədə məlumatlandırmış və iyun ayında yenidən orada olacaqlar”, - deyib.

Tatar, mövcud vəziyyətin Rum rəhbərliyinin adaya dair ənənəvi düşüncə tərzini əks etdirdiyini vurğulayaraq, “Dünyanı bu günə qədər aldatdıqları bəsdir” dedi və belə davam etdi:

“1964-cü ildə ortaq dövləti ələ keçirdilər. Bununla başladılan silahlı hücumlarla insanlarımızı yurd-yuvalarından etdilər. Hər cür haqlardan məhrum edilən xalqımızı sistemli şəkildə yox etmək istədilər. Mallarını, mülklərini ya işğal etdilər, ya da yandırıb dağıtdılar. Bu azmış kimi, 1974-cü ildə adanı Yunanıstana birləşdirməyə çalışan bu faşist düşüncə layiq olduğu cavabı aldı və 20 iyul 1974-cü ildəki Şanlı Barış Hərəkatı sayəsində mövcud sərhədlərimiz müəyyənləşdirildi.”

O tarixdən etibarən adada qurulan yeni düzən sayəsində yeni həyatların formalaşdığını qeyd edən Prezident Tatar, “Bəli, xalqımızın da bir evə və həyatını davam etdirmək üçün gəlirə ehtiyacı vardı. Dövlətimizin isə iqtisadi inkişafını sürdürməsi lazım idi. Siyasi problem var deyə, Rum tərəfinin ələ keçirdiyi statusla özünə rahatlıq sahəsi yaratmasını gözləyə bilməzdik. Amma biz onlar kimi etmədik. Beynəlxalq sistemin tələb etdiyi bir mexanizm yaratdıq” deyə bildirdi.

Hazırda da TMK-nın effektivliyini artırmaq üçün intensiv səylər göstərdiklərini vurğulayan Tatar, “Rum tərəfində insanlarımızın gedib hüquq tələb edəcəyi bir mexanizm hələ də yoxdur. Qurduqları düzən, Kıbrıslı Türklərin mülkiyyət hüquqlarını daim qarşı çıxdıqları əhatəli həllin sonrasına saxlamışdır. Bu arada isə xalqımıza məxsus əmlaklar ya əvəzsiz milliləşdirilmiş, ya başqalarına verilib, ya da vəsiqləşdirilərək müxtəlif məqsədlərlə istifadə edilmişdir. Nəticədə bu hüquqlar pozulmuş və bu hüquqların tələb olunacağı bir qurum Cənubda yaradılmamışdır” ifadələrini işlətdi.

Çıxışının sonunda Rum liderinə çağırış edən Prezident Ersin Tatar, bu günlərdə əməkdaşlıq imkanlarının müzakirə olunduğunu xatırladaraq, BMT Baş katibinə verdiyi öhdəliklərə fokuslanması gərəkdiyini bildirdi.

“Kendisinə bu məsələdə də əməkdaşlığa hazır olduğumuz həm mənim tərəfimdən, həm də Türkiyə Cümhuriyyəti tərəfindən çatdırılmışdır” deyən Tatar, “Əgər bu baskı və düşmən siyasətinə davam edərsə, Kipr adasında iki tərəf arasında geri dönüşü olmayan yaralar açılması qaçınılmaz olacaqdır” dedi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see315

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see184

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see184

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see167

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 03:23see158

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see138

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see137

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see129

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see126

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see120

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri