Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Prezidentdən erməni müxalifətinə MESAJ

Prezidentdən erməni müxalifətinə MESAJ

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın gələcək hökuməti Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, ciddi çətinliklərlə üzləşəcək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb: 

“Bunu söyləmək çətindir, yalnız ehtimal edə bilərəm. Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. 

Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər.
Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”. 

Prezident diqqətə çatdırıb ki, əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər:

“Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir.Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.

Beləliklə, Prezident İlham Əliyev Ermənistanda sülhə kimin imza atmasının əhəmiyyətli olmadığını bir daha dünyanın diqqətinə çatdırdı. Bu, həm də İrəvandakı revanşistlərə açıq mesaj idi. Çünki onlar hər zaman iddia edirlər ki, hakimiyyətə gələcəkləri təqdirdə, Baş nazir Nikol Paşinyanın Azərbaycanla imzaladığı sənədləri tanımayacaqlar.Hərçənd ki, o sənədlər Nikol Paşinyan tərəfindən deyil, Ermənistan dövləti tərəfindən imzalanır. Yəni burada məsuliyyəti də, təminatı da birbaşa Ermənistan dövləti üzərinə götürür. 

Milli Məclisin deputatı Tural Gəncəliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Nikol Paşinyan Ermənistan dövlətini təmsil etdiyi üçün Bakı ilə İrəvan arasındakı münasibətlərdə Ermənistanın öhdəlikləri var:

“Yəni nə vaxtsa Paşinyan hakimiyyətdə olmasa, Ermənistanda revanşist və anti-Azərbaycan ruhunda olan qüvvələr yenidən baş qaldırması nəyisə dəyişməyəcək. Onlar Ermənistan dövlətinin imza ataraq üzərinə götürdüyü öhdəliklərdən imtina edə bilməzlər.

Əks təqdirdə, Ermənistan dövləti məsuliyyət daşıyacaq. Beynəlxalq münasibətlər və beynəlxalq hüququn prinsiplərinə əsasən, dövlət və hökumət başçıları hər hansısa sənədə imza atarkən, bu, onların şəxsi öhdəliyi sayılmır. Bu, həmin dövlətin öhdəliyi sayılır”.Deputat qeyd edib ki, revanşistlərin iddia etdiyi kimi imzalanan sənədləri sadəcə Paşinyanla əlaqələndirmək düzgün deyil:

“Bəzi revanşist qüvvələr zaman-zaman istər Zəngəzur dəhlizi, istərsə də Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məsələləri tanımadıqlarını açıqlayırlar. Ancaq bu, böyük bir yanlışlıqdır.Beynəlxalq təcrübə və ölkələr arasındakı vəziyyət birmənalı şəkildə onu deməyə əsas verir ki, dövlət və hökumət başçıları bilavasitə öz ölkələrini təmsil edirlər. 

Bu səbəbdən də Paşinyanın gələcəkdə hakimiyyətdə olub-olmamasından asılı olmayaraq Ermənistan bu öhdəlikləri yerinə yetirməlidir. Revanşist qüvvələr ən azından beynəlxalq hüququn əlifbasını öyrənməlidirlər. Onlar bunları bilmədən beynəlxalq hüquqdan və ya dövlət idarəetməsindən danışa bilməzlər”.

Tural Gəncəliyev onu da əlavə edib ki, Prezident İlham Əliyev bu çıxışı ilə çox ciddi mesajlar verdi:

“Cənab Prezident vurğuladı ki, gələcəkdə Ermənistan Azərbaycanın ərazi bötüvlüyünü tanımasa, biz də onlara qarşı adekvat addımı atacağıq. Dünyanın ən güclü liderlərindən biri olan Prezident İlham Əliyevin bu fikirlərini Ermənistan hakimiyyəti və müxalifəti çox ciddi şəkildə nəzərə almalıdır.
Bu, Ermənistana, onun havadarlarına və erməni diasporlarına mesajdır. Həmçinin, erməni kilsəsi, revanşistlər və onlar kimi düşünən hər kəs bu mesajları ciddi şəkildə qəbul etməli və Prezidentin sözərindən dərs götürməlidirlər”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Prezident İlham Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri