Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

“Prezidentimiz hər şəhidə öz övladı kimi yanaşır” Vətənə iki övladını qurban verən ATA

“Prezidentimiz hər şəhidə öz övladı kimi yanaşır” Vətənə iki övladını qurban verən ATA

Icma.az, Lent az saytına istinadən bildirir.

Vətənə iki övladını qurban verən Asif Abbasov: “Prezidentimiz hər şəhidə öz qardaşı, öz övladı kimi yanaşır, bu bizə böyük təskinlikdir”

Cəlal Qurbanov: “Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə diqqəti, qayğısı hər birimiz üçün nümunə olmalıdır”

Tarixi Zəfərimizin 4-cü ildönümü ilə əlaqədar olaraq “Fire Land Group”un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan “Mənim oğlum qəhrəmandır” layihəsinin növbəti tədbiri qələbəni bizə yaşadan igid oğulların mərd ataları üçün keçirildi. Şəhid atalarına xitabən qeyd edilən tədbirdə Azərbaycanın dörd bir yanından gələn 100-dən artıq şəhid atası iştirak edirdi. Qeyd edək ki, tədbir “Atelier 61” restoranında baş tutdu.

Lent.az xəbər verir ki, təbirin aparıcılığını öz üzərinə götürən tannmış və sevilən aparıcımız Lalə Azərtaş dövlət himninin səslənməsi və şəhidlərimizin yad edilməsi ilə tədbiri açıq elan etdi. Tədbirin aparıcısı tanınmış aparıcı Lalə Azərtaş ilk olaraq bütün tədbir iştirakçılarını Zəfər Bayramı münasibətilə təbrik etdi. Daha sonra aparıcı “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilən belə bir tədbirin ilk dəfədir ki, məhz şəhid ataları ilə keçirildiyini bildirildi.

Zəfər marşı səsləndikdən sonra səhnəyə çıxış üçün millət vəkili Ziyad Səmədzadə dəvət olundu. Dünyanın heç bir yerində şəhid ailələrinə Azərbaycandakı kimi diqqət, qayğı olmadığını deyən millət vəkili Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın atalarını belə övlad yetişdirdiklərinə görə xoşbəxt ata olduqlarını bildirdi. Bu Zəfərin Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin və mərd qəhrəmanlarımızın şücətinin bəhrəsi olduğunu deyən Ziyad Səmədzadə hər kəsi Zəfər Günü münasibətilə ürəkdən təbrik etdi.

Daha sonra çıxış üçün səhnəyə “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov dəvət olundu. “Bu yaxınlarda şəhid analarımızın yanında da dedim, mənim sizin qarşısınızda bir söz demək üçün haqqım yoxdur, çünki Sizin oğullarının 30 ildə heç kimin deyə bilmədiyini dedilər” – deyə təsirli sözlərlə çıxışa başlayan C.Qurbanov hər kəsi Zəfər Bayramı münasibətilə təbrik etdi. “Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə diqqəti, qayğısı hər birimiz üçün nümunə olmalıdır” – deyən “Fİre Land Group”un rəhbəri şəhidlərimizlə bağlı keçirilən hər bir tədbirin Vətən qarşısında borcumuzu, məsuliyyətimizi dərk etmək üçün bir fürsət olduğunu bildirdi.

Cəlal Qurbanov “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihəsinin həyata keçirildiyi ilk gündən bu layihəyə dəstək olan Heydər Əliyev Fondunun rəhbəri Anar Ələkbərova, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Dövlət Turizm Agentliyinə, hər zaman tədbirlərdə iştirak edən millət vəkillərinə və eləcə də bu tədbirin könüllülərinə dərin minnətdarlığını bildirdi. Suraxanı və Abşeron Rayon İcra Hakimlərinin də daim şəhid ailələrini diqqətdə saxladığını vurğulayan “Fİre Land Group”un rəhbəri icra hakimiyyətlərinin Şəhid ailələri ilə dövlət arasında bir körpü olduğunu və bu körpünü qoruyan dövlət qurumlarını alqışladığını bildirdi.

Tədbirdə daha sonra 2 övladını şəhid verən Elşən və Xaliq Abbasovların atası Asif ata çıxış etdi. Vətən uğrunda şəhid olan övladlarının bu Vətənin də övladı olduğunu bildirən şəhid atası bütün şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini bildirdi. “Prezidentimiz hər şəhidə öz qardaşı,öz övladı kimi yanaşır, bu bizə böyük təskinlikdir” - deyən Asif ata onları ayaqda tutan məqamın məhz Ali Baş Komandanın diqqəti, qayğısı olduğunu dedi.

Tədbirin çıxışçılarından olan Suraxanı Rayon İcra başçısı Adil Əliyev belə möhtəşəm tədbirə və şəhid ailələrini daim diqqətdə saxladıqlarına görə Cəlal Qurbanova təşəkkür etdi. “Biz kimliyindən asılı olmayaraq, hər birimiz bu Vətənin əsgərləriyik, ömrümüz yetənə kimi hər zaman Ali Baş Komandanın əmrilə bu xidməti yerinə yetirəcəyik” – deyən millət vəkili “Bu gün Şəhidlərimiz ruhu şaddır, çünki biz Qarabağa qayıtmışıq” deyə vurğuladı.

Qeyd edək ki, tədbirdə millət vəkillərindən Arzu Nağıyev, Məlahət İbrahimqızı, Afət Həsənova, Mehriban Vəliyeva, İlham Məmmədov da iştirak edirdi.

Tədbirin gedişatı zamanı şəhid ataları öz minnətdarlıqlarını bildirmək üçün Lalə Azərtaşa, Nazpəri Dostəliyevaya, Gülüstan Əliyevaya və millət vəkili Afət Həsənovaya gül dəstələri təqdim etdilər və onların timsalında diqqət göstərən hər kəsə təşəkkür etdilər. Şəhid atalarının bu incə hərəkətindən təsirlənən millət vəkili Afət Həsənova bu anın onun üçün ömür boyu yaddan çıxmayan hadisələr sırasında olacağını, şəhid atalarından gül çələngi almağın onun üçün müqəddəs bir an olduğunu bildirdi. “Azərbaycan xalqı var olduqca əziz şəhidlərimiz daim anılacaq, yaddaşlarda əbədi qalacaq” - deyən Afət Həsənova şəhid atalarına dərin təşəkkürünü bildirdi.

Tədbirin bədii hissəsində tanınmış sənətkarlar Zabit Nəbizadə, Gülüstan Əliyeva, Nazpəri Dostəliyeva, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, tarzən Məsim İslamov çıxışları ilə zəfərimizin səbəbkarı olan şəhidlərimizə və onların ailələrinə öz minnətdarlıqlarını ifadə etdilər.

Qeyd edək ki, artıq 4 ildir həyata keçirilən “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsinin 50-dən çox tədbirində bu vaxta kimi 2900-dan çox şəhid ailəsi iştirak edib. Tədbirlər Azərbaycanın ən görkəmli yerlərində, eləcə də Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Qoruğunda, Yanardağ Dövlət Tarix və Mədəniyyət Qoruğunda, Şahdağ Turim Mərkəzində, “Dreamland Golf Klub”da, İçərişəhər Dövlət Qoruğunda, Xızı, Şəki, Oğuz, Lerik, Qəbələ kimi gözəl rayonlarımızda həyata keçirilib.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Noyabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri