Icma.az
close
up
RU
Prime Cotton Azərbaycanda ilk dəfə Pima pambıqdan 60/1 və 80/1 iplik istehsal etdi tekstil sənayesində yeni mərhələ!

Prime Cotton Azərbaycanda ilk dəfə Pima pambıqdan 60/1 və 80/1 iplik istehsal etdi tekstil sənayesində yeni mərhələ!

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Pambıqçılıq və tekstil sahəsində ölkəmizin aparıcı şirkətlərindən olan Prime Cotton MMC, daha bir yeniliyə imza ataraq Azərbaycanda ilk dəfə Pima pambıq mahlıcından 60/1 və 80/1 ölçülü iplik istehsalını uğurla reallaşdırıb. Şirkət bu uğura uzunmüddətli planlı fəaliyyətin nəticəsi olaraq nail olub.

Dörd il əvvəl ölkədə Pima sortu pambığının yetişdirilməsinə başlayan Prime Cotton, ötən mövsüm bu yüksək keyfiyyətli növdən 17 hektarlıq ərazidə əkin apararaq, əldə edilən məhsulu Mingəçevir Tekstil Fabrikində iplik istehsalına yönəldib. Yaradılan iplik məhsulları  həm incə strukturu, həm də yüngül toxuması ilə diqqət çəkir.

Qeyd etmək lazımdır ki, iplik ölçülərində birinci rəqəm böyüdükcə məhsul daha nazik olur. Məsələn, 80/1 iplik 60/1 ilə müqayisədə daha incə və yumşaqdır. Bu cür ipliklər əsasən lüks tekstil məhsullarında, o cümlədən yüksək keyfiyyətli yataq dəstləri və incə parçalı geyimlərin istehsalında istifadə edilir.

İstehsal olunan ipliklərdən ilkin mərhələdə 60/1 ölçülü olanı bazarda artıq tətbiq olunmağa başlayıb. Prime Cotton ilə bərabər GP Cotton Holding-in tərkibində fəaliyyət göstərən GiLTEX şirkəti məhz bu iplikdən parça toxuyaraq, Luma Home Textile adlı yeni premium ev tekstili brendini bazara çıxarıb. Bu brendin məhsulları rahatlığı və estetik görünüşü ilə alıcıların diqqətini cəlb edib və qısa müddətdə bazarın yüksək qiymətləndirməsini qazanıb.

Prime Cotton-un becərdiyi Pima pambığı, lif uzunluğu və elastikliyi baxımından dünya pambıq sortları arasında seçilən mövqeyə malikdir. Xüsusiyyətlərinə görə bu sort, beynəlxalq tekstil sənayesinin tanınmış xammalı olan Misirin Giza pambığı ilə müqayisə edilir. Hər iki növün lifləri uzun və incədir ki, bu da ipliyə və ondan hazırlanan parçaya həm parıltı, həm də yumşaqlıq və möhkəmlik verir. Bu səbəbdən də Pima pambığı lüks tekstil seqmentində geniş şəkildə istifadə olunur.

Mövzu ilə bağlı Prime Cotton MMC-nin Baş İcraçı Direktoru Rövşən Mahmudov bildirib: "Pima sortunun Azərbaycanda becərilməsi və ondan yüksək keyfiyyətli iplik və parça istehsalı, şirkətimizin kənd təsərrüfatı və tekstil sənayesini birləşdirən dəyər zəncirini daha da gücləndirməsi baxımından strateji əhəmiyyət daşıyır. Əldə etdiyimiz nəticələr göstərir ki, Pima mahlıcından istehsal etdiyimiz ipliklər bazarda hazırda üç dəfəyə qədər daha yüksək qiymətə satılır. Bu isə Prime Cotton üçün yalnız keyfiyyət deyil, eyni zamanda yüksək əlavə dəyər və rentabellik deməkdir."

Gələcək planlara gəlincə, şirkət 2025-ci ildə Pima sortunun əkin sahəsini 300 hektara, 2028-ci ilə qədər isə 3.000 hektara çatdırmağı hədəfləyir. Məqsəd – bu nadir və keyfiyyətli pambıq növünü ölkə daxilində daha geniş yaymaqsənaye üçün strateji əhəmiyyət daşıyan yerli xammal mənbəyinə çevirməkdir.

Keyfiyyətin daha da artırılması istiqamətində, Prime Cotton Pakistandan dəvət olunmuş peşəkar tekstil mütəxəssislərinin təcrübəsindən də faydalanır. Məlumdur ki, Pakistan dünyanın aparıcı pambıq istehsalçılarından və tekstil ixracatçılarından biri kimi bu sahədə zəngin təcrübəyə malikdir. Bu mütəxəssislər Prime Cotton-un yerli heyəti ilə birlikdə istehsal proseslərinin təkmilləşdirilməsi, texnoloji yeniliklərin tətbiqi və ixtisasartırma təlimlərinin keçirilməsi istiqamətində intensiv fəaliyyət göstərirlər.

Bu əməkdaşlıq, yerli istehsalın beynəlxalq standartlara uyğunlaşdırılması, ixrac potensialının genişləndirilməsi və Azərbaycan tekstilinin qlobal bazarda rəqabətə davamlı mövqeyə çıxarılması baxımından strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Prime Cotton MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. GP Cotton Holdings-in tərkibinə daxil olan Prime Cotton, pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq cecəsi istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri