Icma.az
close
up
RU
Professorlarla direktor arasında qalmaqal Elmi Tədqiqat Kardiologiya İnstitutu niyə qaynayır ?

Professorlarla direktor arasında qalmaqal Elmi Tədqiqat Kardiologiya İnstitutu niyə qaynayır ?

Icma.az, Mia.az saytına istinadən bildirir.

Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti qalmaqal baş verib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, İnstitutun direktoru Gülnaz Dadaşovanın elmi işçilər üçün attestasiya keçirmək cəhdi fiasko ilə nəticələnib. Belə ki, birinci mərhələdə attestasiyaya cəlb edilən elmi dərəcəsi olan (elmlər doktorları və tibb üzrə fəlsəfə doktorları) 20 nəfərə yaxın tibbi işçisi attestasiyanın qanunsuz olduğunu əsas gətirərək, orada iştirak etməkdən imtina ediblər.

Qeyd edək ki, elmi-tədqiqat institutlarında attestasiyalar “Elm haqqında” Qanuna əsasən keçirilir. Qanunun 13-cü maddəsinə görə, elmi-tədqiqat institutlarının ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura institutun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır, həmçinin elmi işçilərin attestasiyasını təşkil edir. Attestasiya Elmi Şuranın qərarı ilə yaradılan Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Attestasiya qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.

Aldığımız məlumata görə, İnstitutun professorları attestasiyanın təşkili zamanı bu qaydalara əməl olunmadığı və ciddi qanun pozuntularına yol verildiyini bildiriblər. Belə ki, attestasiyanın keçirilməsi Elmi Şurada müzakirə olunmalı və müvafiq Attestasiya Komissiyası yaradılmalı olduğu halda, İnstitutun direktoru bu addımı Şura üzvlərinin xəbəri olmadan atıb. İnstitutun elmi işçilərinin dediyinə görə, Gülnaz Dadaşova özünə yaxın şəxlərin də daxil olduğu 3 nəfərlik komissiya yaradıb:

“Attestasiyaya düşən suallar isə İnstitutun hüquqşünası tərəfindən (?) tərtib edilib və tibbə aid olmayan suallar olub. Hətta attestasiyaya Konstitusiya, “Təhsil haqqında” Qanundan suallar salınıb.

Ən maraqlısı odur ki, Gülnaz Dadaşova öz aləmində professorları sındırmaq üçün Attestasiya Komissiyasına özünün inzibati(təsərrüfat) məsələlər üzrə müavini Azər Mirzəxanlını da salıb. Onun nəinki ali, elementar tibb təhsili belə yoxdur. Daim işçilərlə kobud davranışı ilə seçilən Azər Mirzəxanlı attestasiyanı boykot edən professorların üstünə qışqırmaqdan belə çəkinməyib”.

Mənbənin dediyinə görə, direktor attestasiya prosesini videoya çəkmək üçün çəkiliş qrupu da ayırıb. Bu cür davranışa dözə bilməyən professorlardan biri çəkiliş qrupuna işarə edərək ironiya ilə “Yenə klip çəkdirəcəyik?” deyə replika atıb.

Qeyd olunur ki, şöbə rəhbərləri – professor Nazim Abdullayev, professor Rufulla Abdullayev, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, tibb üzrə fəlsəfə doktoru Rüfət Cəmilov direktorun qeyri-qanuni hərəkətləri, institutdakı hegemonluğu, yarıtmaz idarəetməsindən şikayətləniblər. Onlar direktoru elmi işlərin aparılmasına heç bir şərait yaratmamaqda, işlədiyi bu illər ərzində elmi işçiləri daim təzyiq altında saxlamaqda və təhqir etməkdə, professorları ətrafına yığdığı və “öz komandam” adlandırdığı adamların əli altında işlədərək onlara tabe etdirməkdə, “Elm haqqında” Qanunun tələblərini pozaraq qeyri-qanuni formada attestasiya keçirməyə cəhd etməkdə, elmi işçilərin hüquqlarını kobud şəkildə pozmaqda ittiham ediblər.

Attestasiyaya cəlb olunan alimlər bildiriblər ki, Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyəti fundamental, tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarətdir. Ancaq son 6 ildə elmi şöbələr heç bir avadanlıq, cihaz, material və komputerlərlə təmin olunmayıb.

İnstitutun elmi işçiləri həmçinin sualları tərtib edən hüquqşünasın İnstituta çağırılmasını tələb ediblər. Onlar həmin hüquşünasa sualları olduğunu bildiriblər.

Professorlar Elmi Şura tərfindən təsdiq edilməyən qeyri-qanuni ekspert komissiyasının üzvü, İnstitutun Həmkarlar İttifaqının sədri Ruslan Nəcəfovdan Əmək Məcəlləsində yazılmış maddələri düzgün şəkildə oxuyub kollektivə çatdırmağı tələb ediblər və çox çətinliklə də olsa, buna nail olublar.

Mənbə bildirib ki, sayğısızlıqdan əsəbləşən professorlar həmçinin direktorun elmi işçiləri heç bir elmi konfransa buraxmamasını, Kardiologiya İnstitutunda antisanitariya şəraitinin hökm sürdüyünü, tibb ocağında çalışan alimlərin ayaqyoluna getmək üçün növbəyə dayandığını, müəssisədə normal iş şəraiti və işgüzar atmosferin yaradılmadığını, bütün bunların qarşılığında isə yüksək elmi dərəcəsi olan alimlərin ibtidai sinif şagirdləri kimi imtahan edilməsinin təhqiramiz olduğunu deyiblər:

“Bundan sonra alim-professor heyəti İnstitut direktorunun elmi işçilərin hüquqlarını pozan davranışına etiraz əlaməti olaraq Gülnaz Dadaşova tərəfindən sinif otağına oxşadılan, bəzədimiş konfrans zalını nümayişkaranə şəkildə tərk ediblər.

Bu hadisədən sonra özünü-itirən və əl-ayağa düşən Gülnaz Dadaşova elmi dərəcəsi olamayan işçilər üçün növbəti attestasiyanı da təxirə salıb. O, bütün bunalardan xəbəri olmadığını deyib və attestasiyaya görə bütün günahları elmi işlər üzrə müavini Rəfail Daşdəmirov və hüquqşünas Azad Aslanovun üzərinə ataraq onları işdən azad edəcəyini deyib. Direktor daha sonra bəzədiyi konfrans zalını boşaltmaqla məşğul olub. Əslində isə Rəfail Daşdəmirov bu şəkildə attestasiyanın doğru olmadığını bildiyi üçün xəstələndiyini əsas gətirərək bu gün işdə deyildi. O adam bu biabırçılığa görə utanırdı və ona görə işə gəlməmişdi”.

Bu arada İnstitutin işçiləri daha bir ciddi qanun pozuntusundan şikayətçidirlər. Belə ki, bu günlərdə İnstitutun birinci mərtəbəsində xüsusi izolyasiyasi olmayan bir kabinetə portativ rentgen aparatı yerləşdirilib:

“Bu aparat institutda yatan, eləcə də stasionar şəkildə müalicəsi planlaşdırılan xəstələr üçündür. Onların ciyərləri yoxlanılır, pnevmoniyaya tutulub-tutlmadıqları müəyyən edilir. Ancaq portativ rentgen aparatı ciddi şüalanma yaradir. Bu şüalar 2-5 metr ərazidəki insanlara təsir edir. Rentgen müayinələri isə səhər saatlarında koridorda insanların çox olduğu zaman aparılır. Eləcə də qonşu kabinetlərdə həkimlər xəstələri qəbul edirlər. Onların hamısı şüalanmaya məruz qalırlar. Bu isə qanunsuzdur. Lakin direktor bu məqama əhəmiyyət vermir”.

Maraqlıdır, portativ rentgen aparatının pasiyent və həkimlərə yaxın, izolyasiyası olmayan kabinetdə yerləşdirilməsi nə dərəcədə düzgündür? Müayinələrdən əvvəl bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olubmu?

Onu da qeyd edək ki, artıq institutun professor-alim heyəti direktor Gülnaz Dadaşovanın bu özbaşınalıqlarına dözməyərək, məsələ ilə bağlı Səhiyyə nazirinə Teymur Musayevə və digər aidiyyəti orqanlara məlumat veriblər.

Yazıda səslənən ittihamlarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, elmi attestasiya Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Nizamnaməsinə və Elmi Şuranın əsasnaməsinə uyğun təşkil edilib:

“Attestasiya Komissiyası mövcud normativ aktlara uyğun olaraq formalaşdırılıb. Attestasiya prosesinin nəticələri ilə bağlı Komissiya üzvlərinin yekun rəyi və hesabatı təqdim edildikdən sonra rəsmi mövqe bildirilməsi mümkün olacaq. Hazırda bu istiqamətdə heç bir rəsmi sənəd daxil olmayıb. Bununla yanaşı, attestasiyanın keçirilməsi tam qanunauyğun hesab olunur. Qeyd olunan attestasiya çərçivəsində iştirak tələbi olmayan bəzi əməkdaşlar mövcud ola bilər. Bu, qanunla müəyyən edilmiş istisnalar çərçivəsindədir.

Hazırda komissiya üzvlərinin və sədrinin yekun rəyi və hesabatı təqdim edilməyib. Hər hansı rəsmi yazılı şikayət də daxil olmayıb. Yekun sənədlər təqdim olunduqdan sonra mövzu ilə bağlı daha dəqiq məlumat vermək mümkün olacaq”.

Rentgen kabinetinə gəlincə, İnstitutdan bildiriblər ki, kabinet müvafiq təhlükəsizlik tələblərinə uyğunluğu qiymətləndirilib:

“Ecoray markalı MİNİ 90 modeli olan portativ diaqnostik rentgen cihazı daşınan olduğu üçün otaqların izolyasiyasına ehtiyac olmur. Statisionar xəstələrin müayinəsi üçün portativ daşınan rentgen cihazını statisionar rentgenoskopiya cihazı ilə müqayisə etsək, həmin dozanın fərqini görmək olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Fevral 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see262

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see233

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri