Icma.az
close
up
RU
Psixoloji sarsıntılardan necə xilas olmaq olar?

Psixoloji sarsıntılardan necə xilas olmaq olar?

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Psixoloji sarsıntılar insanın həyatında qarşılaşdığı travmatik və ya stresli vəziyyətlər nəticəsində yaranan əlamətlərdir".

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, belə vəziyyətlər müxtəlif səbəblərdən meydana gələ, eləcə də fərdin emosional və ruhi vəziyyətini ciddi şəkildə təsir edə bilər:

"Bu səbəblər arasında ailə problemləri, iş yerindəki təzyiqlər, maddi çətinliklər, xəstəliklər, əzablı münasibətlər, təbii fəlakətlər və ya digər travmatik hadisələr yer alır. Ümumiyyətlə, psixoloji sarsıntıların yaranma səbəbləri də müxtəlif ola bilər".

Ekspert həmin səbəblərdən də bəhs edib:

"Bunlara nümunə olaraq yaxın birinin itirilməsi, boşanma və ya işsiz qalmaq kimi həyatda baş verən böyük dəyişiklikləri göstərə bilərik. Eyni zamanda, uzunmüddətli stress və ya travmatik təcrübələr kimi faktorları da əlavə etmək olar. Həmçinin, uşaqlıqda yaşanmış travmalar və genetik amillər də bu vəziyyətlərin yaranmasında rol oynaya bilər". 

Zəhra Zahidovanın sözlərinə görə, psixoloji sarsıntıların qarşısını almaq və onlardan qurtulmaq üçün bir neçə addım atıla bilər:

"Birincisi, duyğuların tanınması və qəbuludur. Yəni yaşanan travmanın və ya stresin səbəblərini anlamağa çalışın. Öz duyğularınızı qəbul edin və bunları əhəmiyyətli sayın. Unutmayın, hisslərinizi inkar etmək problemi daha da dərinləşdirə bilər.

İkincisi də dəstək axtarmaqdır. Psixoloji yardımı qəbul etmək bu sarsıntıdan sağalma prosesində çox mühüm rol oynayır. Psixoloq və ya terapevt ilə görüşmək duyğusal vəziyyətinizi idarə etməkdə kömək edə bilər. Bundan əlavə, yaxın dostlar və ailə üzvləri ilə açıq söhbətlər də olduqca faydalıdır.

Üçüncüsü isə fiziki aktivlikdir. Nəzərə almaq lazımdır ki, idman psixoloji vəziyyətin yaxşılaşdırılmasında çox təsirlidir. İdman endorfinlərin istehsalını artıraraq stresi azaldır və ruh halını yaxşılaşdırır". 

Psixoloq digər səbəbləri də diqqətə çatdırıb:

"Yaxşı yuxu və sağlam qidalanma da çox mühümdür. Çünki psixoloji vəziyyət sağlamlıqla sıx bağlıdır. Yaxşı yuxu rejimi və balanslı qidalanma bədənin və beynin yaxşı işləməsi üçün vacibdir. Həmçinin, meditasiya, nəfəs alışı və relaksasiya texnikaları da beyindəki stresi azaldaraq rahatlamağa kömək edə bilər.

Ümumiyyətlə, psixoloji travmalar zamanla sağalır. Ona görə də özünüzə mərhələ-mərhələ yanaşın və hər keçən günlə özünü daha yaxşı hiss etməyə çalışın".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Aprel 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri