Icma.az
close
up
RU
PUTİN “GÜNAH KEÇİSİ” AXTARIŞINDA... Neftin qiyməti kəskin düşərsə, Rusiyanı nə gözləyir?

PUTİN “GÜNAH KEÇİSİ” AXTARIŞINDA... Neftin qiyməti kəskin düşərsə, Rusiyanı nə gözləyir?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın çıxışlarından və verdiyi qərarlardan belə anlaşılır ki, o, dünyanın mövcud siyasi və iqtisadi sistemində radikal dəyişikliklər həyata keçirmək niyyətindədir. Əgər ABŞ qlobal miqyasda hegemonluğunu sürdürmək və daha da güclənmək istəyirsə, bunun üçün gərək irəliyə hesablanmış dəqiq bir planı olsun. Çünki mürəkkəb məsələlər təkcə istək, bəyanat və niyyətlə həll olunmur.

ABŞ-nin iqtisadi, hərbi, kəşfiyyat və texnoloji potensialı Trampa istər Amerika qitəsini, istərsə də Avrasiyanı geostrateji və iqtisadi baxımdan yenidən formatlamağa imkan verir. Rusiya Federasiyasının yürütdüyü siyasət və həmçinin ABŞ-nin buna münasibəti isə sözügedən dəyişikliklər fonunda xüsusi önəm daşıyacaq. Rusiyanın son illərdəki davranışları onun gücünə uyğun olmayan böyük iddialara düşməsindən xəbər verir. Bu da haqlı olaraq, avantüra təsiri bağışlayır.

Vladimir Putin üç il bundan öncə Qərblə açıq geostrateji mübarizəyə başlayıb və bu məqsədlə Ukraynanı işğal etməyə girişib. Rusiya 2021-ci ilin dekabrında NATO-ya 1997-ci ilin sərhədlərinə geri çəkilməsi barədə ultimatum göndərib. Putin elə zənn edirdi ki, Ukraynanı blitskriqlə işğal edəcək və bundan sonra NATO onun qabağından qaçacaq. Amma Rusiya rəsmi təbliğatının təqdim etdiyi “bütün dövrlərin ən dahi strateqi”nin - Putinin hesablaması kəlləmayallaq getdi. Öz gücünü düzgün dəyərləndirməyən “böyük yanacaqdoldurma stansiyasının direktoru” tərəddüd və təlaş içində Trampın bəyantlarını dinləyir, absurd cavablar və müsahibələr verir.

Trampın prioritetlərindən biri Ukraynada gedən müharibəyə son qoyulmasıdır. Hazırda Tramp neftin dünya bazarındakı qiymətini aşağı salmaqla Rusiyaya xəbərdarlıq edir. Məlumdur ki, Rusiya əsas valyuta gəlirini neft satışından götürür və bu, hələ də davam edir. Əgər Tramp neftin qiymətini aşağı salarsa, bu eyni zamanda təbii qazın da qiymətlərinə təsir göstərəcək. Rusiyanın Avropaya boru kəməri ilə qaz yollaması faktiki olaraq dayansa da, Moskva Avropaya “Sıxılmış Təbii Qaz”(STQ) göndərir. Lakin Tramp Avropaya “STQ” satmağa başlasa, Rusiyanın vəziyyəti daha da pisləşəcək.

Ekspertləri hazırda ən çox neftin qiymətinin nə qədər düşəcəyi maraqlandırır. İndi “brent” markalı neftin bir barrelinin qiyməti 80 dollar ətrafında gəzişir. Yəqin ki, Tramp qiyməti sadəcə 10-15 dollar aşağı salmaq haqqında düşünmür, çünki bu elə də əhəmiyyətli eniş sayıla bilməz. Ehtimal etmək olar ki, neftin 50 dollardan aşağı düşürülməsinə çalışılacaq.

Rusiyanın “Ural” markalı nefti “Brent”ə nisbətən 3-5 dollar ucuz satılır. Hələ üstəlik, Hindistan və Çin Rusiyadan nefti dempinq qiymətinə alırlar. Belə olan təqdirdə Rusiya nefti 40 dollar civarinda satılacaq. Bu cür qiymət amplitudası bir il, il yarım davam edərsə və Rusiyanın “STQ” müştəriləri azalarsa, onda Rusiya büdcəsi gözlədiyi pulları almayacaq.

Moskva müharibəni ən azından indiki templə davam etdirməkdən ötrü ekstremal tədbirlərə əl atmalıdır. Bunun üçün Rusiya hökuməti sosial xərcləri kəskin azaltmalı, hərbi sifarişlərdən başqa, bütün dövlət sifarişlərini dayandırmalı, infrastruktur layihələrini dondurmalıdır.

Bəllidir ki, hərbi xərclərin rekord səviyyəyə çatdırılması mülki iqtisadi sektoru məhv edir və nəticədə əhalinin böyük əksəriyyətinin gəlirləri azalır, alıcılıq qabiliyyəti aşağı düşür, inflyasiya isə yüksəlir. Müharibənin törətdiyi xərclər parazit kimi ölkənin bütün təsərrüfat sisteminin canına daraşdığı üçün makroiqtisadiyyatın sabitliyi pozulur.

Əlbəttə, hətta ən kritik vəziyyətdə Rusiya cəmiyyəti buna da dözər, lakin önümüzdəki bir il ərzində Rusiyanın döyüş meydanında qələbə qazanacağına təminat varmı? Təbii ki, yoxdur. Onda bu müharibə aparmaq yox, Rusiyanı tədricən məhvə sürükləməkdir.

Vəziyyətin kəskin pisləşməsini anlayan Vladimir Putin artıq günahı başqalarının üstünə atmağa başlayıb. Belə ki, ”Reuters” agentliyi etibarlı mənbələrə istinadla xəbər verib ki, Putin dekabr ayında Kremldə Rusiyanın biznes elitası ilə keçirdiyi görüş zamanı mülki iqtisadiyyatdakı problemlərin dərinləşməsinə, investisyaların kəskin azalmasına görə iri ranqlı məmurları danlayıb və bütün günahları onların üzərinə atıb. Putin belə görüşlərdə həmişə bu cür taktikadan istifadə edir, lakin indi həmin səhnələri ictimaiyyətdən gizlin tuturlar. Çünki bu cür şou göstərməyin əks-effekt verəcəyindən çəkinirlər. Rəsmi xəbərlərdə Putinin çıxışının yalnız bir hissəsini veriblər, görüşdə kimlərin iştirak etməsi və hansı məsələlərin müzakirə edilməsinin üstündən sükutla keçiblər.

İşlər çətinə düşəndə mütləq axtarıb günahkarlar tapacaqlar, generalları, iri məmurları həbs edəcəklər. Ölkə iqtisadiyyatının bərbad hala düşməsinin baş günahkarı kimi, məsələn, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın üstünə yürüyəcəklər. Amma ölkədəki ağır iqtisadi durumun əsas səbəbkarı olan müharibə və bu müharibənin baiskarı barədə danışmağa qadağa qoyacaqlar.

Putin Rusiya iqtisadiyyatında baş verən böhranın daha da dərinləşməsinə yol verməmək üçün Trampın təkliflərini qəbul edib, “xüsusi hərbi əməiyyat”-ın uğurla yerinə yetirildiyini bəyan edə bilər. Təbliğat ruporunun köməyi ilə “biz qalib gəldik”, ”məqsədlərimizə nail olduq” şüarları hayqıracaqlar. Daha doğrusu, yeni reallığı qəbul edən Vladimir Putin Ukraynada əldə edə biləcəyi nə varsa, onu ictimaiyyətə qələbə kimi sırımağa çalışacaq. Bunun yalnız bir şərtlə baş tutma ehtimalı var: Gərək danışıqlar nəticəsində Kreml rəhbəri Donbasın müəyyən hissəsini və oradan Krıma kimi uzanan quru dəhlizini özündə saxlaya. Əks halda Vladimir Putin nə özünü, nə də Rusiyanı uçurumdan xilas edə bilməyəcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Yanvar 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri