Icma.az
close
up
RU
“Putin olduğundan daha güclü görünmək istəyir” “Onun və ordusunun gücü ictimaiyyətə göstəriləndən azdır”

“Putin olduğundan daha güclü görünmək istəyir” “Onun və ordusunun gücü ictimaiyyətə göstəriləndən azdır”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Vladimir Putin əslində malik olduğundan daha böyük hərbi güc təəssüratı yaratmağa çalışır, eyni zamanda NATO və Avropa ölkələrinin reaksiyasını sınaqdan keçirir.

“AzPolitika” xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Lord Don Tviq son müsahibəsində deyib. O, qeyd edib ki, Rusiyanın nümayişəkaranə addımları təzyiq və Qərbin cavab verməyə hazırlığını yoxlamaq strategiyasının bir hissəsidir.

"Düşünürəm ki, o (Putin – red.) əslində olduğundan daha böyük hərbi gücə malik olduğu təəssüratını yaradır. Amma əslində, belə deyil və o, bunu bilir".

Son vaxtlar NATO ölkələrində baş verən bir sıra dron insidentlərini və təxribatları şərh edən Lord Tviq qeyd edib ki, Avropa Rusiyadan artan təhlükəni hiss edir, baxmayaraq ki, o, Avropa üçün heç də ön planda deyil. Tviq son təxribatları Kremlin guya sərhədləri pozmaq qabiliyyətini nümayiş etdirmək və Qərb paytaxtlarının buna necə reaksiya verəcəyini görmək cəhdi kimi qiymətləndirir: "Putin bu hücumlardan öz bacarığını nümayiş etdirmək və NATO-dan, Qərbi Avropa ölkələrindən alacağı cavabı yoxlamaq üçün istifadə edir. Bu, "mən bu müharibədə qalib gəlirəm, görün nə edirəm. Mən Kiyevi dağıdıram, məhv edirəm, insanları öldürürəm” və s. rəyi üçündür”.

Onun sözlərinə görə, avropalılar axşamlar televiziyada Ukraynaya növbəti hücumu, səhəri gün isə Estoniya və ya Finlandiyada hava və ya dəniz sərhədinin pozulmasını görürlər. Bu, güc təəssüratını gücləndirmək üçün nəzərdə tutulub, baxmayaraq ki, faktiki güc ictimaiyyətə göstəriləndən azdır.

Tviq Putinin güc və təsir imici yaratmağa çalışdığını vurğulayıb. AŞPA-nın vitse-prezidenti hesab edir ki, Rusiyanın və rus ordusunun gücü Putinin göstərmək istədiyi kimi deyil: "O, böyük gücə malik olduğu təəssüratı yaradır. Mən əmin deyiləm ki, Rusiya ordusu həqiqətən belə gücə malikdir".

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see315

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see184

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see182

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see166

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 03:23see158

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see147

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see138

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see136

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see128

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see125

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri