Putin Tramp danışığından sonra Almaniyada fövqəladə vəziyyətin tətbiqi təklif edildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya Kansleri Olaf Şolts ABŞ rəhbərliyinin Ukraynadakı vəziyyətə dair bəyanatları ilə əlaqədar Bundestaqa (Almaniya parlamenti - red) ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi imkanını nəzərdən keçirməyi təklif edib.
Oxu.Az xəbər verir ki, o bunu "X" sosial şəbəkə hesabında yazıb.
Kansler Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edib. Belə ki, telefon söhbəti zamanı tərəflər Ukrayna böhranının danışıqlar yolu ilə həllinin zəruriliyi barədə razılığa gəliblər.
O.Şoltsun fikrincə, fövqəladə vəziyyətin tətbiqi ölkədə mövcud vəziyyətə yeni yanaşmanın formalaşdırılmasına imkan verəcək. Almaniya qanunvericiliyinə görə, belə bir addım bir sıra iqtisadi məhdudiyyətləri, o cümlədən kredit limitlərini aradan qaldırır.
O, həmçinin qeyd edib ki, fövqəladə vəziyyətin tətbiqi federal büdcəyə zərər vurmadan əlavə, vəsaitlərin Kiyevi dəstəkləməyə yönəldilməsinə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Fevral 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















