Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

PUTİNİN UZAQGÖRƏNLİK PROBLEMİ RUSİYANI HARA APARIRIR? Moskvanın taleyini ABŞ və Çin həll edəcək

PUTİNİN UZAQGÖRƏNLİK PROBLEMİ RUSİYANI HARA APARIRIR? Moskvanın taleyini ABŞ və Çin həll edəcək

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukraynanın kiçik Pokrovsk şəhəri uğrunda 15 aya yaxındır ki, ağır döyüşlər gedir. Əgər ruslar onu işğal edərlərsə, növbəti hədəf Kramotorsk və Slavyansk şəhərləri olacaq.

Təkcə Pokrovsk uğrundakı döyüşlərdə rusların 120 mindən artq əsgər itirdiyi bildirilir. Rusiya ordusu Baxmut və Avdeyevkada ölü olaraq üst-üstə 40 mindən artıq adam itirmişdi.

Belə görünür ki, Kreml rəhbərliyi ölkənin bütün iqtisadi, hərbi-texnoloji, maliyyə və insan resursunu müharibənin uzanması və itkilərin bir neçə milyona çatması ssenarisinə hazırlayır. Rusiya əhalisi müharibənin əzici və dəhştli təsirlərini tam mənası ilə hiss etməsə də, bu, mütləq baş verəcək. Ukraynanın raket və dron hücumları Rusiya iqtisadiyyatını və cəmiyyət həyatını zəif addımlarla olsa da, iflicə doğru sürükləyir. Rusiya Ukraynanı Qərbə qarşı mübarizə meydançası hesab edir.

Vladimir Putinin çıxışlarından və apardığı siyasətdən belə başa düşmək olar ki, o, bu mücadilədə özünü yalnız hiss etmir və Çin, İran, Şimali Koreya, Belarus və Venesuela kimi müttəfiqlərinə güvənir. Putin xəyalında qüvvələr nisbəti formalaşdırıb və bütün planlarını da buna uyğun qurub.


Putinin nə düşünməsindən asılı olmayaraq, sözsüz ki, Ukraynada gedən müharibə qlobal xarakter alıb və ABŞ ona qarşı gələn qüvvələrə iqtisadi zərbələr vurmağa başlayıb.

Putin nəyin bahasına olursa-olsun Donbası rəsmi sərhədləri çərçivəsində tam şəkildə işğal etməyə çalışır. Amma iş ondadır ki, Rusiya qoşunları bu templə Donbasın qalan digər şəhərlərini ən yaxşı halda üç ilə zəbt edə bilər. O vaxta kimi Rusiyanın iqtisadiyyatını təşkil edən əsas aparıcı sənaye müəssisələri məhv edilmək təhlükəsi ilə qarçılaşacaq, çünki heç şübhə yoxdur ki, Ukrayna Silahlı Qüvvələri raket və dron hücumlarının sayını və dağdıcılıq gücünü dəfələrlə artıracaq.

Vladimir Putin uzaqgörənlik problemi yaşayır və dünyadakı prosesləri mövcud şərtlərə uyğun şəkildə qavrayır. Onun üçün gələcək perspektiv plan iki-üç ayı ötmür. Yəni, hər hansı plan baş tutmayanda, ortaya yeni plan çıxır və beləliklə, hər şey bir-birini əvəz edə-edə yürüyür.

Əlbəttə, Putinin Ukraynanı işğal etmək məqsədi çoxdandır ki, var. Lakin əgər Rusiya ağıllı və uzaqgörən siyasət aparsaydı, işğala, düşmənçiliyə yox, normal münasibətlərə üstünlük versəydi, Ukrayna zatən Rusiyanın yanında yer ala bilərdi. Putinin öz qonşusu - slavyan Ukraynasına bomba yağdırması və birqütblü dünyaya qarşı mübarizədə Çin, Şimali Koreya və Venesuela ilə birlikdə hərəkət etməsi, onun zəka potensialından xəbər verir. Kreml rəhbəri elə fikirləşir ki, o, bu müttəfiqlərin köməyi ilə yeni dünya nizamında Rusiyanı ən qabaqcıl mövqeyə çıxarcaq.

Ancaq Rusiyanın özünə dost və müttəfiq saydığı Çin Putinin düşündüyündən tamamilə fərqli bir məqsəd güdür. Çin Rusiyadan Qərbə qarşı taran kimi istifadə edir və hətta vaxtaşırı onun iqtisadi mövqeyinə ciddi ziyanlar da vurur. İndi Çin rəbəri Si Cinpini Rusiyadan daha vacib məsələlər maraqlandırır. Çünki onun önündə duran xeyli problemlər var və o, bunları mütləq həll etməlidir, əks təqdirdə ölkəsi ciddi çətinliklər burulğanına düşə bilər.


Çin daxili sabitliyi qorumaq və hər şeyi vahid qərar mexanizminə bağlmaq üçün kollegial idarəetmədən imtina etdi. Çin kommunistlərinin son plenumunda Si demək olar ki, strateji qərar vermək səlahiyyətini özündə saxlaya bildi. Çinin önündə çoxsaylı daxili problemlər dayanır və bu Pekini bərk narahat edir. Çinın yaxın 30 ildəki iqtisadi böyüməsinə səbəb olmuş münbit qlobal şərtlər artıq yoxdur, iqtisadi böyümə tempi ləngiyir, işsizlik artır. Çində dövlət, korporativ və istehlak borclarının məcmusu 6 trilyon dollara yaxınlaşır və bu meyl ildən ilə artır. Daşınmaz əmlak sektoruna qoyulan investisiyalar bir neçə ildir ki, mənfəət gətirmir. Mənzil tikintisində qiymətlərin getdikcə aşağı düşməsi inşaat şirkətlərinin iflası ilə nəticələnir. Çinin daxili problemlərinə əhalinin istehlak meylinin azalması da əlavə olunub. İnsanlar zəruri tələbatdan kənar başqa məhsullara öncəki kimi çoxlu pul xərcləmək istəmirlər və ona görə də pulun dövriyyəsi yavaşıyır. Problemlər sırasına işçı qüüvəsinə çəkilən xərclərin artıq 10-15 il bundan əvvəlki kimi ucuz olmamasını da daxil etmək lazımıdır.

Əlbəttə, dünya fabriki olmağın müsbət tərəfləri ilə yanaşı, xeyli mənfi yanları da var. İxracdan asılılığın durmadan artması ticarət müharibələrində ölkənin iqtisadi sabitliyinə təhlükə yaradır. Çin iqtisadi vəziyyətinin heç də yaxşı olmadığı bir dövrdə ABŞ ilə münasibətləri gərginləşdirmək niyyətində deyil. Şübhə yoxdur ki, Pekində ABŞ-nin potensialını və təsir imkanlarını, zəif yerlərini bilməmiş deyildilər və səbrlə gözləmə mövqeyində dayanmışdılar. Lakin Trampın tarif savaşına başlaması Pekini cavab tədbiri görməyə vadar etdi və nəticədə Çin özünün dünya arenasındakı ən böyük kartından - nadir torpaq metallarının emalı və istehsalı üzərindəki inhisarından istifadə etmək məcburiyyətində qaldı. Əvvəlcə bu metalların ixracına məhdudiyyətlər qoydu, sonra isə ABŞ-yə güzəştə getdi.

Tramp-Si görüşündən belə anlaşılır ki, tərəflər tarif müharibəsini müvəqqəti təxirə saldılar və hətta buna “müvəqqəti atəşkəs” də deyə bilərik. Tramp Çinə qoyduğu tarif faizini endirdi, bunun əvəzində isə Çin nadir torpaq metallarının ABŞ-yə satışına qoyulan məhdidiyyəti götürdü. Ancaq ölkələr arasındakı ziddiyyətlər heç yerə getmədi.

İndi bəzi analitiklər elə hesab edirlər ki, Çin ticarət müharibələrindən qalib çıxdı və ABŞ geri çəkildi. Xeyr! ABŞ geri çəkilmədi, sadəcə Tramp uzun illər ərzində məhz ABŞ sayəsində böyüyən Çini dayandırmağın vaxtının gəlib çatdığını gördü və bunun üçün lazımı tədbirlərin həyata keçirilməsinə starat verdi.

Qlobalizm sayəsində sənaye potensialı zəiflədilimiş ABŞ-nin yenidən gücləndirilməsi və eyni zamanda da Çinin qarşısının alınması üçün Trampın zamana ehtiyacı var. Məsələn, artıq ABŞ Çindəki nadir torpaq metallarının emalına yeni alternativlərinin yaradılmasına başlayıb.

Digər tərəfdən, ABŞ Çinin qabağına Hindistan və Vyetnam kimi yeni istehsal nəhəngləri çıxarmağı planlayır. Hindistan isə Çinlə ABŞ arasındakı gərginliyi görüb, əlverişli fürsətdən yararlanmaq istəyir.

Trampın “Rossneft” və “Lukoil” şirkətlərinə tətbiq etdiyi sanksiyalardan sonra Hindistanın Rusiyadan neft almağı dayandırması və ABŞ ilə müdafiə paktı imzalaması təsdüfi deyil. Artıq ABŞ Çindən aldığı məhsulların bir hissəsini Hindistandan idxal eləməyə başlayır. Düzdür, Hindistan hələ kifayət qədər yükəsk texnoloji məhsullar istehsal etməyə qadir olmasa da, yaxın perspektivdə ABŞ və Avropa ilə ticarətdə Çinə alternativ ola bilər.

Göründüyü kimi, Trampın beynəlxalq siyasətində ABŞ-nin hegemonluğuna qarşı açıq şəkildə çıxan ölkələrin neytrallaşdırılması xüsusi yer tutur. Hazırda ABŞ Rusiya, Çin, İran, Şimali Koreya, Venesuela zəncirindəki ən zəif həlqəni -Venesuelanı sındırmaq niyyətindədir. Böyük ehtimalla növbə Rusiyaya da gələcək və yəqin ki, Ukraynada özünü tükəndirən Rusiyanın taleyi ABŞ ilə Çin arasında həll ediləcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri