Icma.az
close
up
RU
Qadınlara ailə həyatı quracağı adı ilə dələduzluq edən şəxslə bağlı QƏRAR

Qadınlara ailə həyatı quracağı adı ilə dələduzluq edən şəxslə bağlı QƏRAR

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Misir Kərimovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hurriyyet.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Misir Kərimov dostu zərərçəkmiş Malik Əsədovun (şərti) adına kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində krediti tam şəkildə ödəyəcəyini, əks halda telefonu ona qaytaracağı barədə yalan vəd verib. O, “Kontakt Home” mağazasında dostunun adına 6 ay krediti ödəmək şərti ilə ayrılan 3805 manat dəyərində “İphone 13 pro max” markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməyib. Sonra Misir telefonu Malikdən xəbərsiz başqa mağazaya satıb. Bundan başqa, Misir Kərimov zərərçəkmiş İlahə Səfərova (şərti) ilə ailə həyatı quracağına dair yalan vəd verib, onu inandırmaqla özünü hüquq-mühafizə orqanlarında işləyən şəxs kimi təqdim edib. O, xidməti işində yaranmış problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini qadından xahiş edib, qısa zamanda qaytaracağına söz verərək aldadıb. Misir bu adla qadından 2022-ci illərdə Nərimanov rayonu ərazilərində ümumilikdə 16 539 manat pulu alıb. Bundan başqa, Misir Kərimov digər qadın, zərərçəkmiş Gözəl Hacıyevanı (şərti) da aldadıb. Belə ki, o, zərərçəkmişə ailə həyatı quracağına inandırıb və özünü uğurlu iş adamı kimi təqdim etməklə avtomobillərin alınaraq icarəyə verilməsi sahəsində birgə iş qurmalarına dair yalan vəd verib. Misir bu adla Gözəldən 2022-ci illərdə Nizami rayonu ərazilərində ümumilikdə 53 600 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Misirin cəzasını 6 ilə endirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see168

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see149

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see137

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see134

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see130

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see129

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see128

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see127

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see122

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri