Icma.az
close
up
RU
Qanadları qırılan böyük Rusiya: Yuxarıda bəzi şeylər düzgün getmir...

Qanadları qırılan böyük Rusiya: Yuxarıda bəzi şeylər düzgün getmir...

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Sanksiyalar və PUA hücumları ilə sarsılan Rusiyanın aviasiya sektoru Qərb istehsalı təyyarələrdən asılılıq şəraitində ayaqda qalmağa çalışır. Qocalan donanma, ləğv edilən reyslər və qeyri-müəyyən yerli istehsal layihələri bu sektoru çətin bir gələcəyə sürükləyir.

Qaynarinfo xəbər verir ki, 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən ən çox təsirlənən sahələrdən biri məhz aviasiya sahəsi olub. ABŞ və Avropa İttifaqı (Aİ) müharibədən sonra Rusiyanın aviasiya sektoruna genişmiqyaslı sanksiyalar tətbiq edərək, bu ölkəyə təyyarə və təyyarə ehtiyat hissələrinin göndərilməsini qadağan edib.

Rus aviaşirkətlərinin donanmasında əsas paya malik olan "Airbus" və "Boeing" şirkətləri, Rusiyaya satışları və bu ölkədəki təyyarələrə texniki xidmət göstərməyi dayandırıb. Bundan əlavə, rus şirkətlərinə təyyarə icarəyə verən Qərb şirkətləri həmin təyyarələrin geri qaytarılmasını tələb edib.

Qərb şirkətlərinin yaratdığı boşluğu doldurmağa çalışan Rusiya şirkətləri, Sovet İttifaqının dağılmasından sonra zəifləyən mülki aviasiya sahəsini dirçəltmək üçün səylərini artırıb.


Rusiyanın Qərb istehsalı təyyarə donanması köhnəlir

Rusiyanın müdafiə sənayesi şirkəti "Rostec"in rəhbəri Sergey Çemezov martın 18-də verdiyi açıqlamada, rus şirkətlərin sərəncamında olan "ən azı" 200 ədəd Qərb istehsalı təyyarənin 2030-cu ilə qədər dəyişdirilməli olduğunu bildirmişdi.

Çemezov həmin təyyarələrin sanksiyalar səbəbindən texniki baxımının mümkün olmadığını vurğulayıb. Hazırda Rusiyada təxminən 700-800 ədəd "Boeing" və "Airbus" markalı təyyarənin fəaliyyət göstərdiyi təxmin edilir.

Ötən il Rusiyada hava nəqliyyatı ilə 111 milyon sərnişin daşınıb. Lakin mütəxəssislər yetərincə mülki təyyarənin təmin olunmaması səbəbindən bu rəqəmin məhdudlaşdığını bildirirlər.

Qlobal bazara çıxışı məhdudlaşdırılan rus şirkətləri, donanmadakı köhnə təyyarələri sökərək ehtiyat hissələrini yeni təyyarələrdə istifadə edir. Rusiya hökuməti bu metodu müharibədən sonra qanuniləşdirib.

Ümidlər mülki təyyarə layihələrinə yönəlib

Rusiya hökuməti mülki aviasiyanı gücləndirmək üçün yerli təyyarə layihələrinə diqqət yetirir. Lakin MS-21 və SJ-100 kimi yeni nəsil sərnişin təyyarələrinin istehsal prosesi gözləntiləri hələ ki qarşılamayıb.

Hazırda təxminən 40 ədəd MS-21 və SJ-100 təyyarəsi müxtəlif istehsal mərhələsindədir. Lakin onların aviaşirkətlərə təhvil verilmə cədvəli qeyri-müəyyən olaraq qalır.

Rusiya mülki təyyarə layihələri arasında ön plana çıxan MS-21 orta məsafəli sərnişin təyyarəsinin, ABŞ və Avropa təyyarələri ilə rəqabət apara biləcək texnoloji üstünlüklərə malik olacağı gözlənilir. Bu təyyarənin yerli istehsal olan PD-14 mühərriki ilə bu il kütləvi istehsala keçməsi planlaşdırılır.

Əvvəlcə idxal komponentləri ilə istehsal edilməsi nəzərdə tutulan digər bir model – SJ-100 isə sanksiyalardan sonra xarici hissələrdən azad şəkildə yenidən dizayn olunub və təyyarənin kütləvi istehsalına gələn ildən başlanması planlaşdırılır.

Rusiya Nəqliyyat Nazirliyi 2030-cu ilə qədər 1000 ədəd yerli təyyarə istehsal etməyi qarşıya məqsəd qoysa da, 2022-ci ildə irəli sürülən bu hədəf əlavə qiymətləndirmələrdən sonra təxirə salınıb.


PUA-lar hava limanlarının texniki imkanlarını çətin duruma salır

Son dövrlərdə Ukraynanın Rusiyanın ərazisinə qarşı PUA hücumlarını artırması hava nəqliyyatına da mənfi təsir göstərir.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviatsiya") yalnız 5-7 iyul tarixlərində baş verən hücumlar nəticəsində, başda Moskva, Sankt-Peterburq və Nijniy Novqorod olmaqla bir çox şəhərdə 485 uçuşun ləğv edildiyini, təxminən 1900 uçuşun isə təxirə salındığını açıqlayıb.

Rus mətbuatında yayılan məlumatlara görə, həmin günlərdə yaşanan pozuntuların ümumi maliyyə dəyərinin 40 milyard rublu (təxminən 500 milyon dollar) keçdiyi təxmin olunur.

Ölkənin aparıcı qəzetlərindən olan "Kommersant"da yer alan xəbərdə isə 2025-ci ilin ilk 6 ayında baş verən uçuş gecikmələrinin, 2023-cü ilin tamamında qeydə alınan gecikmələrin sayını keçdiyi bildirilib.

PUA hücumlarından sonra uçuşların gecikməsi və ya ləğvi səbəbilə mənfi təsirlərlə üzləşən aviaşirkətlərin zərərlərini kompensasiya etmək məqsədilə vergi güzəştləri, subsidiyalar və sərnişinlərə məskunlaşma imkanı yaradılması kimi tədbirlərin dəstəklənməsi istiqamətində yeni tənzimləmələr nəzərdən keçirilir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri