Qara dənizin Rumıniya sahillərində gəmidə yanğın olub
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Oktyabrın 15-də səhər tezdən San-Marino bayrağı altında üzən “Wide Trader” gəmisi Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında qəza siqnalı göndərib. Gəmidə yanğın baş verib. Rumıniyanın “hotnews.ro” portalının yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, 12 heyət üzvündən səkkizi itkin düşüb.
Xəbəri “Kommersant” yayıb.
Hadisə ölkənin şərqindəki Sulina limanından 14 dəniz mili məsafəsində baş verib. Yanğının səbəbi hələlik məlum deyil. Lakin saytın məlumatına görə, “radarların Sulina yaxınlığında bir qrup dron aşkar etməsindən sonra dörd F-18 və F-16 qırıcı təyyarələri gecə havaya qalxıb”.
Çərşənbə axşamı, həmçinin Sulina yaxınlığında Komor bayrağı altında üzən ticarət gəmisində yanğın baş verib. Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Miruța gəmiyə dron hücumu ilə bağlı məlumatlarla bağlı araşdırma aparıldığını bildirib.
Oktyabrın əvvəlində Rumıniya sahillərində “Royad Məmmədov” yük gəmisi də dron hücumundan sonra batıb və nəticədə iki nəfər həlak olub.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Oktyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















