Qarabağ ın forvardı: Çempionlar Liqasında oynamaq hər bir futbolçunun arzusudur
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
“Karvan-Yevlax”a qarşı matç çətin alındı. Şamaxı şəhər stadionunda oynamaq həqiqətən də çətindir. Üstəlik, hava da isti, meydança quru olur. Nə qədər çətin olsa da, sonda qələbə qazanmağı bacardıq. Bəlkə də oyun tam olaraq istədiyimiz kimi deyildi. Lakin vacib olan qalibiyyət idi”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Musa Qurbanlı deyib.
O, komandasının Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən və şanslarından da bəhs edib:
"Çempionlar Liqasındakı səviyyəni hamımız bilirik, səviyyə də göz qabağındadır. Hamısı çətin rəqiblərdir. Bu turnirdə dünyanın ən böyük klubları yer alıb. Biz də çalışacağıq ki, mübarizə aparaq, yaxşı oyun göstərək, mümkün qədər xallar toplayaq. Hər halda, Çempionlar Liqasında oynamaq hər bir futbolçunun arzusudur".
Milli komandaya da dəvət edilən Qurbanlı, qarşıdakı İslandiya və Ukrayna ilə görüşlərdən gözləntilərini də bölüşüb: "Həm İslandiya, həm də Ukrayna çətin komandalardır. Onlara qarşı asan asan olmayacaq, çətin olacaq. Amma xallar üçün vuruşacağıq. Sona qədər mübarizə aparacağıq".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















