Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qarabağ tarixi təkrarlaya biləcəkmi? Ekspertdən ŞƏRH

Qarabağ tarixi təkrarlaya biləcəkmi? Ekspertdən ŞƏRH

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq. "Qarabağ" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Redaktor.az-a oyunun gedişatının necə ola biləcəyini şərh edən idman eksperti Fuad Eldarov bildirdi ki, Azərbaycan futbol azarkeşinə, futbol ictimaiyyətinə "Ferentsvaroş" komandası keçmiş illərdən yaxşı tanışdır.

"Çünki bundan qabaqkı UEFA Çempionlar Liqasının təsnifat mərhələsində komandamız məhz elə Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gəlmişdi və çox yaxşı, ideal bir nəticə ilə mərhələ adlamış, pley-offa yüksəlmişdi. Amma o "Ferentsvaroş"la bu "Ferentsvaroş"u bir tutmaq olmaz. Niyə? Çünki o illərdə "Ferentsvaroş" komandasının tərkibində bir qədər problemlər yaşanırdı. Heyət baxımından, taktiki düzülüş baxımından, baş məşqçi amili, rolu da təbii ki, buna bir misaldır. Ümumilikdə götürsək, o ildəki "Ferentsvaroş" da çox güclü idi, amma komandamız ondan da artıq güc sərgiləyərək Macarıstan klubunu mübarizədən kənarlaşdırmağı bacardı və pley-offa adladı. Bu dəfə isə biz məhz pley-off mərhələsində "Ferentsvaroş"la üz-üzə gəlirik. Üçüncü təsnifat mərhələsi ilə pley-off mərhələsinin statusu necə ağırdır, yəqin ki, bütün futbol azarkeşləri yaxşı bilirlər. Çünki üçüncü təsnifat mərhələsində hələ sənin taleyin müəyyənləşməyib qabaqda pley-offun var. Amma pley-offda isə hər şey müəyyənləşir və sənin Avropada davam edəcəyin yol bəlli olur. Bu qarşılaşma təbii ki, "Ferentsvaroş" komandası üçün bir az revanş xarakterli qarşılaşmadır".

F.Eldarovun sözlərinə görə, "Ferentsvaroş" bundan qabaqkı uduzduğu mərhələnin qisasını Qarabağdan almaq istəyəcək:

"Üstəlik birinci qarşılaşma da öz evlərindədir. Bugünkü oyunu, Qarabağla oyunu lazımi səviyyədə həll edib Bakıya daha üstün formada yollanmağı hədəfləyirlər. Mən bundan əminəm. Öz meydanlarında, öz azarkeşləri qarşısında artıq bütün məsələni həll eləməyə çalışacaqlar. Çox çətin rəqibdir. Amma UEFA Çempionlar Liqasının əsas mərhələsinə yollanmağımız üçün də bizim komandamız üçün ən ideal rəqiblərdən biridir. Yəni digər komandalar da düşə bilərdi Qarabağla ki, onlarda artıq bizim UEFA Çempionlar Liqasının əsas mərhələsinə yollanmaq düşüncəmiz daha az olardı. Amma "Ferentsvaroş"la daha çoxdur. Tanış rəqibdir. Kim nədir, nəçidir, bunu əminəm ki, Qarabağ rəhbərliyi də, eyni zamanda məşqçilər korpusu, başda Qurban Qurbanov olmaqla, yaxşı bilirlər. Yaxşı analiz ediblər. "Ferentsvaroş"un bundan əvvəlki oyunlarına da yaxşı baxıblar və onlar mərhələni öz evlərində müəyyən qədər, hətta daha artıq həll eləməyə çalışacaqlarsa, bizim komandamız da, Qurban Qurbanovun yetirmələri də, mərhələni Bakıya saxlayacaqlar ki, Bakıda artıq hər şey həll olunsun və komandamız ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yollansın".

Müsahibimiz vurğuladı ki, bu, çətin qarşılaşmadır:

"Bu qarşılaşma ilə bağlı mənim ehtimallarım 50-nin 50-yədir. Yəni Qarabağı səfərdə heç də zəif bir komanda hesab etmirəm. Çünki biz illər ərzində Qarabağın səfərdə hansı nəticələr qazandığını, hansı komandaları mübarizədən kənarlaşdırdığını yaxşı görmüşük və onu deyə bilərəm ki, "Ferentsvaroş" da səfərdə qələbə əldə edə biləcəyimiz komandalardan biridir. Əlbəttə ki, indi mətbuat konfransında Qurban Qurbanovun fikirlərini də biz diqqətlə izləyəcəyik, görək rəqiblə bağlı əsas hansı fikirlər səsləndirəcək və rəqibi qiymətləndirməsi necə olacaq. Əminəm ki, çox çətin rəqib olduğunu bildirəcək. Çünki "Ferentsvaroş"un çətin rəqib olduğunu elə biz görürüksə, Qurban Qurbanov bizdən də qabaq görür. Hansı taktiki plandan, hansı taktiki sxemdən istifadə edəcəklər, bunu yaxşı bilir. Biz də oturub analitik tərəfdən araşdırası olsaq, biz də bunu görə bilərik. Yəni, bir sözlə, "Ferentsvaroş" çətin rəqibdir".

Ekspertin fikrincə, nəticə heç-heçə olacaq. 

"Əgər işlər qaydasında getsə, heç-heçə və yaxud da komandamızın minimal fərqli üstünlüyü ilə bitə bilər. Amma bəzi yerlərdə, bəzi cinahlarda komandamız səhvə yol versə, minimal fərqlə üstünlük "Ferentsvaroş"da da ola bilər. Təbii ki, bu çətin bir hesab olsa da, Bakıda bunu çevirmək də olar. Heç-heçə də etmək olar, uzatmalara da aparmaq olar. Amma bu artıq komandanın işini bir qədər çətinləşdirir. Ona görə də Bakıya sərfəli nəticə ilə qayıtmaq lazımdır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri