Qarabağ və Şərqi Zəngəzura I yarımildə avtobusla 34 minə yaxın insan səfər edib
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin I yarısında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müntəzəm avtobus marşrutları ilə 33,5 min insan səfər edib.
Bu barədə Missiya.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzura 3 475 avtobus reysi həyata keçirilib.
Bundan başqa, 6 ayda 1 milyon 342 min 921 nəfər www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan istiqamətlərində səfər edib. Bu,ötən ilin ümumi göstəricisi ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Ötən il portal üzərindən müraciət edən 647 min 918 nəfərə icazə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 İyul 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















