“Qarabağ”da növbəti ayrılıq? Bu legioner özünə klub axtarmağa başladı
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fabin Buntiç “Qarabağ”dan ayrıla bilər.
İdmanxeber.az-a daxil olan məlumata görə, Ağdam klubunun məşqçilər korpusu xorvatiyalı qolkiperin çıxışından narazıdı.
Son klubu Portuqaliya təmsilçisi “Vizela” olan Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qapıçı ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi üçün danışıqlar başlayıb. Lakin onun mövsümün sonunda bir başqa komandaya icarəyə verilmə variantı da var.
Əgər Buntiçlə bağlı bu planlardan hər hansı biri reallaşmasa, digər qolkiper – Şahruddin Məhəmmədəliyevlə yayda başa çatacaq müqavilə yenilənməyəcək.
Qeyd edək ki, Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış etmiş təcrübəli qapıçı yayda “köhlən atlar”la 3 illik müqavilə imzalamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 14 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















