Icma.az
close
up
RU
Qardaşlığın yeni formatı: Zəlzələdən sonra formalaşan strateji yaddaş

Qardaşlığın yeni formatı: Zəlzələdən sonra formalaşan strateji yaddaş

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlətlərin və xalqların münasibətləri bəzən birgə maraqlardan, bəzən də ortaq təhdidlərdən doğur. Amma bəzi münasibətlər var ki, ortaq ağrıdan güc alır, travmadan tarix yaradır.

2023-cü ilin fevralında Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələ, təkcə fiziki dağıntılar deyil, həm də emosional və siyasi rezonans doğuran bir dönüş nöqtəsi oldu. Və bu dönüş nöqtəsində Azərbaycan-Türkiyə münasibətləri təkcə diplomatik ifadələrlə deyil, konkret addımlarla dərinləşdi.

Azərbaycan prezidenti İlham Əliyevin səsləndirdiyi “bu faciəni öz faciəmiz kimi qəbul etdik” fikir, əslində, diplomatik ritorika deyil - xalq yaddaşına yönəlik strateji mesajdır. Bu cümlə təkcə empatiya deyil, kollektiv travmanın kollektiv yaddaşa çevrilməsi prosesinin göstəricisidir. Yəni iki xalq artıq bir-birinin acısında yalnız psixoloji iştirakçı deyil, tarixi tərəfdaşdır.

Azərbaycanın zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları göndərməsi, on minlərlə insanın yardım mərkəzlərinə axın etməsi və nəhayət, “Azərbaycan” məhəlləsinin tikilib istifadəyə verilməsi, münasibətlərin “soft power” mərhələsindən “smart power” mərhələsinə keçdiyini göstərir. Yəni bu münasibətlər artıq emosional təməllərlə yanaşı, strateji dayanıqlılıq da qazanır.

Bu gün zəlzələ bölgəsində on minlərlə insan yeni mənzillərdə yaşayırsa, bu, təkcə Türkiyənin daxili gücünün və dövlət nizamının nəticəsi deyil, həm də Türkiyə–Azərbaycan strateji birliyinin ortaq uğurudur. Prezidentin “bu güc Ərdoğanın xalqına bağlılığının göstəricisidir” fikri, eyni zamanda həmin bağlılığın diplomatik sərhədləri aşaraq digər qardaş ölkələrə də sirayət etdiyini göstərir.

Beləliklə, Kahramanmaraşda inşa edilən yaşayış kompleksi sadəcə bir sosial layihə deyil, qardaşlıqla kodlaşdırılmış bir siyasi simvoldur. Bu simvol təkcə bu günə yox, həm də gələcəyə mesaj verir: fəlakətlər keçicidir, amma bu birlik qalıcıdır.

Ruslan Zəngəzur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri