Icma.az
close
up
RU
Qatıq ağdır canın sağdır...

Qatıq ağdır canın sağdır...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qatıq sevənlərdə bütün səbəblərdən ölüm faizi digərlərinə nisbətən daha aşağıdır. Bu nisbət məhsulun yağlılıq dərəcəsinə və miqdarına görə dəyişir. Çinli alimlər uzunmüddətli tədqiqatlardan sonra gəldikləri bu qənaəti açıqlayıblar. Onların araşdırmalarının nəticələri “Journal of Global Health”də dərc edilib.

Bildirilir ki, tədqiqat üçün 186 mindən çox insanın məlumatı araşdırılıb. Məlum olub ki, qatıq sevənlərdə ölüm nisbəti onu yeməyənlərlə müqayisədə daha aşağı olub. Üstəlik, faydalı təsir istənilən miqdarda və müxtəlif yağlılıq dərəcəsi olan qatıqlardan əldə edilib. Gündə 50 qrama qədər normal yağlılıqlı turş süd məhsulunun minimal istehlakı ölüm riskini 18 faiz, 50–100 qram yeyənlərdə – 7 faiz, 100 qramdan çox qatıq qəbul edənlərdə isə 4 faiz azaldıb. Yağsız qatıq üçün müvafiq olaraq risklərin azalması belədir: 12, 9 və 5 faiz.

Bundan başqa müəyyən edilib ki, gündə cəmi 80–125 qram qatıq yemək 2-ci tip diabet riskini 14 faiz azaldır. Oxşar effektlər ürək-damar xəstəlikləri və metabolik sindroma da (piylənmə, 2-ci tip diabet, ürək və damar xəstəlikləri və sair) aid olub.

Məqalədə bildirilir ki, qatığın tərkibində olan faydalı bakteriyalar (Bolqar çöpü) uzunömürlülüyün açarıdır. Bu məhsul, həmçinin zülal, süd yağının fosfolipidləri, təbii trans yağlar, “K1” və “K2” vitaminləri, kalsiumla zəngindir. Bütün bunlar sağlamlığa və ömür uzunluğuna müsbət təsir göstərir.

Z.HÜSEYNLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri