Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qax Rayon İcra Hakimiyyətinə kimin rəhbərlik etdiyi məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hazırda rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev idarə edir.
O, icra başçısının səlahiyyətlərini müvəqqəti yerinə yetirir.
E.Tağıyev ötən ildən icra başçısının birinci müavini vəzifəsində işləyir. Bundan əvvəl isə başçının müavini - İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı Musa Şəkiliyevi saxlayıb. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla M.Şəkiliyev vəzifəsindən azad edilib.
Səbail Rayon Məhkəməsi M.Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan təbdir seçib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















