Qayayadırmanma Festivalı keçirilib FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma Festivalı keçirilib.
İdman.biz xəbər verir ki, festivalda ölkənin müxtəlif bölgələrindən idmançılar, alpinizm həvəskarları və media nümayəndələri iştirak ediblər.
Festival Akif Rüstəmovun xatirəsini yaşatmaqla yanaşı, gəncləri yeni zirvələrə doğru irəliləməyə təşviq etmək, ölkədə qayayadırmanma idman növünün populyarlaşmasına dəstək vermək məqsədilə keçirilib.
Festival çərçivəsində müxtəlif yaş qruplarında qayayadırmanma üzrə (çətinlik, boulderinq) yarışlar təşkil olunub. İştirakçılar təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, yüksək idman ruhunda mübarizə aparıblar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 29 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















