“QDİƏT ölkələri karbon emissiyalarının azaldılmasına fokuslanmalıdır“
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr karbon emissiyalarının azaldılmasına, nəqliyyat sahəsinin səmərəli təşkilinə diqqət yetirməlidir. SİA xəbər verir ki, bunu Bolqarıstan Milli Assambleyasının Prezidenti Nataliya Kiselyova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasında bildirib.
Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın gücləndirilməsi vasitəsilə Qara dəniz regionu ölkələri üçün davamlı inkişaf və rifah təmin oluna bilər: “Bu fundamental prinsipi qorumaq bizim ümumi məqsədimiz olaraq qalmaldır. Xüsusilə də, hazırda qlobal dəyişikliklərin, hərbi münaqişələrin baş verdiyi dövrdə. Buna görə də, biz bu strategiyanın mərkəzində mehriban qonşuluq münasibətlərini qoymaqla təkcə regional deyil, həm də beynəlxalq əməkdaşlığı yaxşılaşdırmaq və gücləndirmək üçün kollektiv səylərimizdən istifadə etməliyik”.
O qeyd edib ki, hazırda müasir və səmələri nəqliyyat infrastrukturunun mövcudluğu iqtisadi inkişafın və əlaqələrin təşviqi üçün çox vacibdir: “Yüksək keyfiyyətli nəqliyyat infrastrukturu təkcə ticari əlaqələri asanlaşdırmır, həm də inkişaf və inteqrasiya məqsədilə davamlı imkanlar yaratmaqla iqtisadiyyatların rəqabət qabiliyyətini artırır. Lakin unutmaq olmaz ki, nəqliyyat sistemlərinin nəzarətsiz və həddindən artıq inkişafı ətraf mühitə və insan sağlamlığına mənfi tənsir göstərir”.
N.Kiselyova deyib ki, bu mənada Qara dəniz regionunda davamlı inkişaf üçün səylər emissiyaların azaldılmasına və nəqliyyat fəaliyyətinin daha səmərəli təşkilinə yönəldilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 18 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















