Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.

“Qafqazinfo” xəbər verir ki, avqustun 3-dək davam edəcək festivalda beynəlxalq miqyasda tanınmış ifaçılar, musiqi kollektivləri Qəbələdə bir araya gələcək.

Azərbaycanla yanaşı musiqi bayramında Avstriya, Qazaxıstan, Moldova, Özbəkistan və Vyetnamdan olan musiqiçilər və rəqqaslar iştirak edəcək.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı iyulun 29-da Azərbaycanın Xalq artisti Ramiz-Məlik Aslanovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutacaq. Musiqi gecəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Festivalın növbəti günü tamaşaçılar Vyetnamdan gələn “Bronze drum” Ansamblının, Özbəkistandan “Bek” Doyraçılar Ansamblının ifalarını dinləyəcək, Özbəkistanın “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışlarını izləyəcəklər.

İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Elə həmin gün festivalda sevilən muğam ifaçıları, həmçinin muğam müsabiqəsinin laureatlarının iştirakı ilə muğam axşamı təşkil ediləcək.

Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner “Kamera musiqi axşamı”nda çıxış edəcək. Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə “Scorrendo” Orkestri Azərbaycan və xarici filmlər – “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Matrisa”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digərlərindən dillər əzbəri olan musiqiləri ifa edəcək.                  

Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Həmin gün tamaşaçılar qarşısında Moldovanın  “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və “Millenium” etno-estrada qrupu da çıxış edəcək.

Daha sonra Qazaxıstandan olan sənətkarların təqdimatında Luvr kolleksiyasına daxil olan qədim Şirvan xalçasından ilhamlanaraq ərsəyə gələn “İki xalça” baleti nümayiş etdiriləcək. Layihənin ideya müəllifi, libretto müəllifi Valeri Kopeykindir.

Beynəlxalq Musiqi Festivalı avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekunlaşacaq.  Gecəni Xalq artistləri Azər Zeynalov (tenor), Dinarə Əliyeva (soprano), Elçin Əzizov (bariton), Samir Cəfərov (tenor), Əməkdar artistlər Elnarə Məmmədova (lirik-koloratur soprano), Sahib Paşazadə (tar) və beynəlxalq müsabiqələr laureatlarının ifaları bəzəyəcək.                           

2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.

Ənənəyə uyğun olaraq yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri bu il də parlaq ifalar vəd edir.    

Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyun 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri