Icma.az
close
up
RU
Qələbəmiz hərbi, siyasi və iqtisadi aspektdən

Qələbəmiz hərbi, siyasi və iqtisadi aspektdən

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başladı. Vətən Müharibəsi Silahı Qüvvələrimizin imtahanı kimi qəbul olunmalıdır. Çünki hərbi əməliyyatların məntiqində uzun müddətdir bu günlər üçün çəkilən əziyyət və yüksək hazırlıq prosesi dayanırdı.
Ermənistan və Azərbaycan arasında hərbi balans artıq uzun müddətdir ki, ölkəmizin lehinə dəyişib və fərq kifayət qədər böyükdür. Lakin müasir müharibələrin metodikasına bələd olduqda kəmiyyət üstünlüyünün ciddi əhəmiyyət daşımamasının şahidi oluruq. Məhz bu səbəbdən peşəkarlıq və döyüş ruhu ilk şərt kimi qəbul olunur.
Ermənistan hərbi-siyasi rəhbərliyi işğal müddətində təmas xəttində reallığı etiraf edərsək mühəndislik nümünləri yaratmışdılar. Eşolonlaşdırılmış müdafiə xəttləri, minalanmış zonalar və sistematik şəkildə qurulmuş bunkerlər düşmənin əsas dayaq nöktəsi idi. Çünki onlar hesab edirdi ki, Azərbaycan ordusu klassik rus döyüş tərtibi əsasında zəncir xətti açmaqla müdafiəni yarmağa çalışacaq. Lakin onların gözləntiləri boşa çıxdı. Xüsusi təyinatlı qüvvələrimiz sızma əməliyyatları ilə düşmənin müdafiə zolağını keçməyi bacardı və içərilərə irəliləmə şəraiti formalaşdırdı. Nəticədə, erməni ordusu Füzuli istiqamətində mühasirəyə düşdü. Döyüşlər müddətində artilleriya və hərbi hava qüvvələrimizin iştirakını xüsusi qeyd etmək lazımdır. İlk gündən AN-2 əfsanəvi döyüş planı ilə düşmənin müdafiə sistemlərinin böyük əksəriyyəti məhv edildi və döyüş təyyarələrimiz üçün təhlükəsiz zona yaradıldı. Hava üstünlüyü isə bütün müasir müharibələrdə qələbinin təmini kimi qəbul olunur.
Siyasi qazanımlar: Azərbaycan qələbə nəticəsində Cənubi Qafqaz regionunda siyasi konfiqurasiya dəyişikliyi etdi. 10 Noyabr bəyanatı ilə ilk dəfə fərqli siyasi gedişlərin şahidi olduq. İlk öncə münaqişəni əsas gətirərək ölkəmizə təzyiq göstərən dövlətlər neytrallaşdırıldı və daha sonra əldə olunmuş qələbənin beynəlxalq müstəvidə rəsmiləşdirilməsi reallaşdı. Ən əsası Azərbaycan xarici siyasət strategiyasında hücum diplomatiyasına keçid etdi. Bundan sonra ölkəmiz daha fərqli perspektivlərə yönəldi. İlk olaraq qardaş Türkiyə ilə Şuşa bəyannaməsi imzalandı və Azərbaycan TDT çərçivəsində yeni bir güc mərkəzinin formalaşmasında mühüm rol oynamağa başladı. Artıq sözügedən təşkilat öz nüfuz dairəsini və imkanlarını durmadan artıraraq Qərb və Çin arasında əlaqələndirici güc mərkəzi iddiasına yönəlmişdir.
İqtisadi tərəflər-Zəngəzur dəhlizi
Qarabağ və Şərgi Zəngəzur yeraltı və yer üstü sərvətləri ilə seçilən bölgələrimizdəndir. Düşmən işğal müddətində yeraltı təbii ehtiyatlarımızı istismar etməklə yanaşı bölgənin meşə massivini mebel sənayesi üçün xammal mərkəzi kimi istifadə etmişdi. Bütün bunlar ölkəmizə vurulan maddi zərərin bir hissədir.
Qarabağ zəfəri özü ilə yeni bir iqtisadi termin "Zəngəzur dəhlizi" ifadəsini gətirdi. Sözügedən layihə Qlobal miqyaslı Orta Dəhlizin kompenenti olmaqla regiona yeni imkanlar qazandırır. Buna görə də Zəngəzur layihəsinin lokal, regional və interkontinental müstəvidə bir çox güclərin diqqətini regiona cəmləşdirir. Lakin rəsmi İrəvan məlum qazanımları görməzdən gəlir və yaxud xarici qüvvələrin təsiri ilə özünü böyük imkanlardan məhrum edir. Ancaq biz bilirik ki, Zəngəzur dəhlizi tez bir zamanda reallaşacaq.
Pərviz Mirizadə: AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi və siyasi şərhçi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Noyabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri