“Qərara münasibətimiz müsbətdi, cəza daha ağır ola bilərdi” “Araz Naxçıvan” razılaşdı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün AFFA İntizam Komitəsi 26-cı turun qalmaqallı – “Araz-Naxçıvan” – “Qarabağ’’ oyunu ilə bağlı cəzaları açıqlayıb. Belə ki, “Araz-Naxçıvan’’dan Felipe Santos ikisi şərti olmaqla 4, “Qarabağ’dan Elvin Cəfərquliyevlə Musa Qurbanlı biri şərti olmaqla 2 oyunluq cəza alıb.
Bir müddət əvvəl əlaqə saxladığımız “Araz-Naxçıvan’’ın icraçı direktoru Eldəniz Yusubov İntizam Komitəsinin qərarını gözlədiklərini demişdi. “Football-plus.az” yenidən ona tribuna verdi:
“Bizdə olan məlumata görə, bu məsələ ciddi şəkildə araşdırılıb. Oyunçumuza və meydanda hakimin gözündən yayınan digər futbolçulara verilən cəzanın bir hissəsinin şərti olması bunu göstərir. Bu qərara münasibətimiz müsbətdi, cəza daha ağır ola bilərdi”.
AYAZ ZEYNALZADƏ
Baxış sayı:78
Bu xəbər 13 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















