Icma.az
close
up
RU
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? TƏHLİL

Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? TƏHLİL

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Cəmi bir-iki il əvvəl Qərb analitik dairələrində İranla bağlı dominant fikir aydın idi: rejim qəddardır, repressivdir, legitimlik problemi yaşayır, amma institusional baxımdan hələ də dayanıqlıdır.

Bu gün isə eyni dairələr artıq “son günlər”, “çökmə ehtimalı”, “ekzistensial (mövcudluq) böhran” kimi ifadələri açıq şəkildə işlədir. Bu dəyişiklik ritorik yox, struktur dəyişməsidir.

Dünən: “Rejim zəifdir, amma çökmür”

2021–2022-ci illərdə Qərbin aparıcı beyin mərkəzlərində əsas tezis belə idi: İran İslam Respublikası cəmiyyətlə əlaqəsini itirsə də, güc aparatını və elita birliyini qoruyur.

Brookings Institution 2021-ci ildə yazırdı: “Iranian regime faces deep legitimacy challenges, but it retains coercive capacity and elite cohesion.” (“İran rejimi ciddi legitimlik problemləri ilə üzləşir, amma hələ də zor tətbiq etmək qabiliyyətini və elita daxilində birliyi saxlayır.”)

Bu yanaşmanın əsas məntiqi belə idi: SEPAH parçalanmayıb, təhlükəsizlik aparatı işləkdir, etirazlar dalğavari xarakter daşıyır və sistem onları udmağı bacarır.

Council on Foreign Relations 2022-ci ildə qeyd edirdi: “The Islamic Republic has survived repeated protest cycles and adapted its repression accordingly.” (“İslam Respublikası dəfələrlə etiraz dalğalarından sağ çıxıb və repressiya mexanizmlərini buna uyğunlaşdırıb.”)

Yəni Qərbin nəticəsi bu idi: Rejim pisdir, amma möhkəmdir.

Keçid nöqtəsi: 2022–2023 etirazları

“Woman, Life, Freedom” (Qadın, Həyat, Azadlıq) etirazları Qərb üçün sadəcə növbəti sosial partlayış deyildi. Bu mərhələ əvvəlkilərdən keyfiyyətcə fərqlənirdi.

İlk dəfə olaraq etirazların ön cəbhəsində qadınlar dayanmışdı. Etirazların dili iqtisadi yox, siyasi idi. Şüarlar islahat yox, rejimin özünü hədəf alırdı. Ən önəmlisi isə qorxu faktoru kütləvi şəkildə sındı. Buna baxmayaraq, Qərb hələ də ehtiyatlı idi. Analitiklər prosesin uzunmüddətli nəticələrinə şübhə ilə yanaşırdı.

Bu gün: “Rejim real çökmə riski ilə üz-üzədir”

Son bir ildə isə dil açıq şəkildə dəyişdi. Şərti ifadələr yerini birbaşa terminlərə verdi. The Independent yazdı: “Iran’s regime is living its last days.” (“İran rejimi son günlərini yaşayır.”)

Bu cümlə Qərb mediası üçün son dərəcə ağır iddiadır. Adətən yalnız geri dönüş ehtimalı zəifləyəndə bu cür başlıqlar atılır.

Daha da önəmlisi, bu fikir artıq təkcə mediada deyil, siyasi elita səviyyəsində də səslənir. Almaniyanın aparıcı siyasətçilərindən Friedrich Merz belə dedi:

“Iran’s regime is in its final days and weeks.” (“İran rejimi son günlərini və həftələrini yaşayır.”) Bu artıq sadəcə analiz yox, siyasi siqnaldır.

Qərb fikrini niyə dəyişdi?

İnqilabın beş şərti

Karim Sadjadpour və Jack A. Goldstone bu dəyişimin nəzəri əsasını belə izah edir:

“Five conditions determine whether revolutions succeed. For the first time since 1979, Iran meets nearly all of them.” (“İnqilabların uğurunu müəyyən edən beş şərt var. 1979-dan bəri ilk dəfədir ki, İran demək olar ki, onların hamısına cavab verir.”)

Bu beş şərt qısa şəkildə belədir:

Birincisi, rejimin legitimliyinin kütləvi şəkildə itirilməsi.

İkincisi, etirazların sosial yox, siyasi xarakter alması.

Üçüncüsü, qorxu baryerinin qırılması.

Dördüncüsü, elita daxilində səssiz parçalanma və tərəddüd.

Beşincisi isə beynəlxalq mühitin rejimi xilas etməyə hazır olmamasıdır.

Bu şərtlərin hər biri əvvəllər İranda qismən mövcud idi. Amma ilk dəfədir ki, hamısı eyni vaxtda üst-üstə düşür.

Rəqəmlər ritorikanı necə dəyişdi?

Norveçdə yerləşən Iran Human Rights təşkilatı bildirir:

“We have verified the killing of 192 people, but the real death toll may be as high as 2,000.” (“192 nəfərin öldürüldüyünü təsdiqləmişik, amma real rəqəm 2 minə çata bilər.”)

Bu nöqtədən sonra Qərb üçün iki fundamental dəyişiklik baş verdi. Repressiya artıq istisna yox, sistemin əsas mexanizmi kimi görünməyə başladı. Rejim isə zorakılıqla öz legitimliyini tam şəkildə sıradan çıxardı.

Cəmi iki il əvvəl Qərb deyirdi: Rejim zəifdir, amma davamlıdır. Etirazlar idarə olunur. Alternativ görünmür.

Bu gün isə deyilir: Rejim ən ciddi ekzistensial böhranını yaşayır. Çökmə ehtimalı realdır.

Tarix ilk dəfə açıq vəziyyətdədir.

Ən dəqiq yekun budur: İran rejimi hələ yıxılmayıb. Amma Qərb artıq onun əbədi olmadığını qəbul edir. Məhz belə bir fonda Donald Tramp İrana hərbi müdaxilə edəcəyini vurğulayır.

Özü də bu dəyişiklik isə sadəcə İranla bağlı deyil. Bu, Yaxın Şərqdə və daha geniş coğrafiyada siyasi hesabların yenidən qurulduğunun göstəricisidir.

Elbəyi Həsənli. Sürix

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Yanvar 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri