Icma.az
close
up
RU
Qərbin vədlərinə ümid olaraq regional nizama qarşı çıxmağın uğursuz nəticəsini Ukrayna göstərdi

Qərbin vədlərinə ümid olaraq regional nizama qarşı çıxmağın uğursuz nəticəsini Ukrayna göstərdi

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

28 fevralda Oval Ofisdə ABŞ-Ukrayna arasında tarixi saziş imzalanmalı idi. Sazişə görə Ukrayna ABŞ tərəfindən vəd edilən hərbi və iqtisadi yardımı alacaq, lakin bu yardımın əvəzində ölkənin 500 milyard dollarlıq təbii sərvətlərinin istismarı ABŞ-a veriləcəkdi. Başqa sözlə bu, Ukraynanın Rusiyaya qarşı müharibə apardığı halda dövləti və onun gələcəyini ABŞ-a təslim etməsi aktı olacaqdı. Burada Ukraynanın arzu etdiyi kimi müdafiə təminatları isə nəzərdə tutulmayıb. Hətta görüşdən öncə elan olunmuşdu ki, Ukrayna NATO-ya daxil edilməyəcək. Lakin Ukrayna Prezidenti Zelenski buna qarşı idi.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zelenski müdafiə təminatının olmaması şərti ilə razılaşmaq istəmədiyi üçün Tramp daha öncə onu 4%-lik ictimai dəstəyi olan “diktator” adlandırıb, Putinlə eyniləşdirərək təhqir etmişdi. Lakin Zelenski bu müdafiə təminatını təmin etmək məqsədilə ABŞ-a getmişdi. Tramp isə Zelenskinin ABŞ-a səfəri çərçivəsində sazişin imzalanması ümidi ilə öncəki ifadəsindən imtina edərək, sitat: “Mən belə bir sözü necə demişəm, ola bilməz!” deyə sözünü geri götürmüşdü. Oval Ofisdəki görüşdə nə Zelenski, nə də Tramp öz məqsədinə nail olmadı və saziş imzalanmadı. Elə buna görə də ABŞ Prezidenti Tramp və Vitse-Prezident David Vensin Ukrayna Prezidenti Zelenskiyə qarşı təhqiredici münasibəti ilə yadda qaldı. Bu, sadəcə bir ölkə rəhbərinin təhqir edilməsi deyil, həm də beynəlxalq hüquq və diplomatiya ənənələrinin də təhqiri sayıla bilər. Tramp Zelenskini dünyanı üçüncü qlobal müharibəyə sürükləməkdə ittiham etdi. Vitse-prezident Vens isə Zelenskiyə ölkəsində kişi qalmadığına dair və hətta diplomatik etiketə uyğun geyinmədiyinə dair söz atdı.

Politoloq bildirib ki, oval Ofisdə yaşananlardan sonra ABŞ-Ukrayna münasibətləri qırılma həddinə çatdı, ABŞ müdafiə naziri Rusiyaya qarşı kiberhücumların sonlandırılacağını bəyan etdi, hətta ABŞ-ın Ukraynaya bundan sonra hərbi yardım etməyəcəyinə dair təhdidlər də mediaya sızdırıldı.

“Pentaqon ən son 50 gün öncə Ukraynaya silah yardımı etməsi ilə bağlı bəyanat vermişdi. Bu, Bayden Administasiyasının son günlərində Ukraynaya 1 milyard dollar həcmində hərbi yardım proqramı çərçivəsində çatdırılan son yardım idi. Tramp isə, bu yardımların durdurulması ilə Ukraynanı təhdid edir. Halbuki, əvvəlki ABŞ administrasiyaların vədləri məhz bu müharibəyə gətirib çıxarmışdır. Belə ki, 2008-ci ilə Buxarestdə NATO Sammitində Ukraynaya üzvlük vəd edilmiş, bundan sonra Maydan hərəkatına yol açan proseslər bugünkü tarixi-siyasi hadisələrə gətirib çıxarmışdır. İndi isə ABŞ Prezidenti Zelenskiyə təxinən belə deyir: “sizi NATO-ya qəbul etməcəyik, vədi unudun”. Siyasəti və verilən mesajları düzgün oxuyub dəyərləndirməyi bacaranlar Rusiya-Ukrayna arasındakı müharibədən qaça bilərdi. Belə ki, hələ müharibədən öncə də NATO Baş Katibi Stoltenberq deyirdi ki, İttifaq qüvvələri Rusiya ilə müharibəyə qatılmayacaq, yəni Ukraynaya kollektiv təhlükəsizlik əvvəldən vəd olunmurdu. ABŞ Dövlət katibinin müavini Endi Şerman müharibədən öncə deyirdi ki, Ukrayna neytrallığını elan edərsə, ABŞ bunu dəstəkləyəcək. Yəni, 2008-dən ötən dövrdə dünya nizamının qurucuları anlamışdı ki, Rusiya Ukraynadan imtina etməyəcək. Bu, Rusiya üçün “ölüm və ya qalım” məsələsidir. Lakin, Zelenski bunu anlamadı və öz inadı ilə dövlətini və xalqını parçalayan prosesin təşkilatçısına çevrildi. Bununla yanaşı, onun Rusiya imperial maraqlarına qarşı sərt duruşu nümunəvidir. Bu baxımdan Zelenskinin tarixdə ziddiyyətli şəxsiyyət olaraq qalacağı şübhə doğurmur. Elə buna görədir ki, Tramp Britaniya Baş naziri ilə görüşdə, “siz Rusiyaya qarşı təkbaşına bu cür qarşı mövqe sərgiləyə bilərdinizmi?!” deyə ritorik sual vermişdi. Lakin, aydındır ki, Rusiyaya qarşı Avropanın da savaşmaq niyyəti yoxdur”-deyən politoloq bildirib ki, oval Ofisdəki nəticəsiz və uğursuz görüşdən sonra bu gün Zelenski Britaniya Baş naziri Keir Starmer ilə görüşəcək. Ukrayna prezidenti bu görüşdən Ukraynaya Avropanın dəstəyi vədilə ayrılmağa ümid bəsləyir. Belə ki, Starmerlə görüşdə nə qərar alınacaqsa bu, bazar günü Londonda baş tutacaq Avropa liderlərinin zirvəsində təsdiqlənəcək. Avropanın Ukrayna dəstəyi isə “sülhməramlı kontingent” vədindən artığı ola bilməz. Starmer də Tramp kimi müharibəni tezliklə sonlandırmaq niyyətilə açıqlama verib.

Başqa sözlə, böyük etimalla Avropa dövlətləri Ukraynaya “sülhməramlı hərbi kontingent” göndərəcək, lakin bunu, Ukraynanın Rusiya ilə müharibəni sonlandırması vədi qarşılığında edəcək. Türkiyə Prezidenti cənab Ərdoğanın İstanbulda baş tutan görüşlərdən sonrakı bəyanlarını nəzərə alaraq ehtimal ki, qardaş ölkə də bu kontingentdə iştirak edəcək. Pentagonun təzəcə təyin olunan rəhbəri Hegset bu yaxınlarda demişdi ki, Ukraynada ABŞ hərbçiləri olmayacaq, amma Aİ və ondan kənar güclər (Türkiyəni nəzərdə tutur) burada iştirak edəcək.

Beləliklə, Trampla görüş uğursuz olsa da, hər şey ABŞ ssenarisi ilə gedir. Rusiya-Ukrayna müharibəsi başlanan gündən bəri onun III Dünya Müharibəsinə çevrilmə ehtimalı siyasətçilər və ekspert dairələrində səngimirdi. Lakin, Trampın siyasi gedişi III dünya müharibəsinin qarşısını almağa yönəlib. Odur ki, Zelenski öz dövləti və xalqı üçün yazılan tale - ssenari ilə tezliklə razılaşmalı olacaq.

“Beləliklə, biz Qərbin vədlərinə ümid olaraq regional nizama qarşı çıxmaq və buna əks siyasət formalaşdırmağın nə ilə nəticələndiyini görməkdəyik. Məhz bu fonda biz Azərbaycan liderinin nə qədər uzaqgörən siyasət yürütdüyünə və ölkəmizin 21-ci əsr dünyasının yeganə qalibi olduğuna əmin oluruq”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Mart 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see244

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see198

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see197

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see162

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri