Qətər İranın Bəhreynə hücumunu pislədi
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Qətər Bəhreyndəki mülki sənaye obyektinə İranın endirdiyi zərbəni pisləyib.
Redaktor.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bəyanatda rəsmi Dohanın iqtisadi obyektlərə, mülki infrastruktura və dinc sakinlərə hücumları qəti şəkildə rədd etdiyi, bu addımların regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiya olduğu vurğulanıb.
Qeyd edək ki, Bəhreyn sənaye obyektinə edilən hücumun yanğına səbəb olduğunu açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə şənbə günü gecə saatlarında Bəhreyndə yerləşən ABŞ-nin hava hücumundan müdafiə radar sistemlərini hədəf aldığını və bunun hava məkanının pozulmasına, eləcə də Henqam adasındakı radar qurğusuna hücuma cavab olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















