Qeyci Topuriyanın ittihamlarına cavab verib: “Axmaq bir bəhanə uydurub”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
UFC çempionu Castin Qeyci rəqibi, ispaniyalı İliya Topuriyanın sözlərinə cavab verib.
İdman.Biz xəbər verir ki, 37 yaşlı Qeyci sosial şəbəkə hesabında rəqibini axmaq adlandırıb:
“94 gün keçdi və sən axmaq bir bəhanə uydurdun. Bu, sənin çıxışın qədər dəhşətlidir. Daha yaxşı çalış, oğlan”.
Bundan əvvəl Topuriya Ağ Evdə keçirilən yay turnirində Geyciyə məğlub olduqdan sonra məşqlərə qayıtdığını açıqlayıb. Keçmiş çempion növbəti döyüşdə Qeycinin əlcəklərində “qeyri-adi bir şeyin” olub-olmamasının yoxlanılmasını xahiş edəcəyini də bildirib.
Bundan əvvəl Qeyci 2026-cı ilin sonuna qədər döyüşməyi planlaşdırmadığını açıqlayıb. Ekspertlərin fikrincə, onun növbəti rəqibi Topuriya və ya Maurisio Ruffi ilə Arman Tsarukyan arasındakı qarşılaşmanın qalibi ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 17 Sentyabr 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















