Icma.az
close
up
RU
Qeydiyyata alınmamış və etiketlənməmiş ağacların köçürülməsinə və ya götürülməsinə müvafiq rəy verilməyəcək

Qeydiyyata alınmamış və etiketlənməmiş ağacların köçürülməsinə və ya götürülməsinə müvafiq rəy verilməyəcək

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Bakı və Gəncə şəhərlərinin inzibati ərazilərində pilot layihə olaraq başlanılmış ağacların inventarlaşdırılması və nişanlanması prosesi davam etdirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizimyol.info xəbər portalına məlumat verilib. Layihənin əsas məqsədi ölkə ərazisindəki yaşıllıq sahələrinin real vəziyyətini qiymətləndirmək, onların qorunması və səmərəli idarə olunmasını təmin etmək, həmçinin ictimai nəzarəti gücləndirməkdir.

Bu təşəbbüs çərçivəsində ağaclar nişanlanaraq qeydiyyata alınır. Gələcəkdə hər hansı ağacın quruması, təhlükə yaratması və ya müəyyən layihə ərazisinə düşməsi hallarında onun qiymətləndirilməsi məhz bu qeydiyyat məlumatları əsasında aparılacaq. Xüsusilə qeyd olunmalıdır ki, qeydiyyata alınmamış və etiketlənməmiş ağacların köçürülməsinə və ya götürülməsinə müvafiq rəy verilməyəcək.

Yeni qaydalar yaşıllıqların qorunmasına, şəffaflığın artırılmasına və hər bir ağacın dəqiq uçotunun aparılmasına xidmət edir. Bu proses növbəli şəkildə bütün ölkə ərazisini əhatə edəcək. Eyni zamanda, bu yanaşmanın yaşayış məntəqələrinə yaxın olan həssas meşə fondu, qoruq və milli parkların ərazilərində də mərhələlərlə həyata keçirilməsi planlaşdırılır.

Görülən tədbirlər barədə ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə nişanlanan ağacların sayı, yerləşmə ünvanları və əsas parametrləri barədə məlumatlar mütəmadi olaraq www.agac.az saytında yerləşdirilir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, yaşıllıqların qanunsuz kəsilməsinə görə:

fiziki şəxslər 2000–3000 manat,vəzifəli şəxslər 4000–7000 manat,hüquqi şəxslər isə 25 000–45 000 manat məbləğində cərimə edilir.

Eyni zamanda təbiətə vurulan zərər ayrıca hesablanır. Əgər bu zərərin məbləği 5000 manatdan artıq olarsa, toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunur. Təbiətə dəymiş zərərin miqdarı kəsilən yaşıllığın növü, diametri və digər göstəricilər əsasında müəyyən edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Oktyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri