Icma.az
close
up
RU
“Qız çılpaq rəqs edirdi. Qocalar sakit otura bilmirdilər...” Azərbaycanlı yazıçının yol qeydləri

“Qız çılpaq rəqs edirdi. Qocalar sakit otura bilmirdilər...” Azərbaycanlı yazıçının yol qeydləri

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərhum Həsən Seyidbəylinin “Gördüyüm yerlər” adlı yol qeydlərində maraqlı xatirələr çoxdur. "Bizim Cəbiş müəllim", "Nəsimi" və s. filmlərdən tanədəğəməz yazıçı-kinodramaturqun keçmiş Yuqoslaviyaya səfəri də bu sıradandır. Onun Zaqrebdə keçirdiyi günlərdə qarşılaşdığı hadisələrdən bir gecə saatlarında olub.

Yenisabah.az xəbər verir ki, rejissor striptiz klubda keçirtdiyi zaman barədə yazır: 

“Gecə restoranlarının işi əsasən saat 12-dən sonra başlayır. 12-yə bir az qalmışdı. Biz yuqoslaviyalı dostlarımızla söhbət edir, yavaş-yavaş camaat dolu olan salona diqqət yetirirdik. Gələnlərin içərisində qadınlar da, hətta yetmiş, səksən yaşlı şux qocalar da var idi. pizza

Yuqoslaviyalı dostlarımız bizə dedi ki, bu qocalar xaricdəndir, özü də pullu adamlardır, vaxtlarını belə yerlərdə keçirirlər. Yuqoslaviyada biz kapitalist ölkələrindən, xüsusilə, ABŞ-dən gələn turistlərin ədabazlıqları, onların mənfur adətlərini yaymağa imkan verənlər barədə çox acı şikayətlər eşidirdik.

...Birinci nömrəni elan etməyə başladılar... Bir qızla bir oğlan çıxıb oynamağa başladılar... İspan musiqisinin müşayiəti ilə oynayıb getdilər. Sonra həmin qız və oğlan başqa rəqsi oynamaq üçün yenə meydana gəldilər. Bu dəfə onaların paltarları camaatın uğultusuna səbəb oldu. 

Oğlan çox tarım çəkilmiş şalvar geymişdi, daha doğrusu, reytuz idi. Qız isə əyninə paltar əvəzinə tor kimi bir şey geymişdi. Bu torun arxasında onun bütün bədəni hiss olunurdu.

Oyunun xarakteri də, onların hərəkətləri də bayaqkından çox seçilirdi. Bu oyunun süjeti var idi. Bu süjet erotik xarakter daşıyırdı. Mən salondakılara tamaşa edirdim. Deməli, bu qədər adam sənətə heç bir dəxli olmayan bu rəqslərə, çıxışlara baxmaq üçün bura gəlir, xüsusilə, qocalar, şıq geyinmiş ağ saçlı qocalar, üzü qırışlı, kirşanlı, qrimli qocalar. Onlar çox həvəslə əl çalırdılar.

Nəhayət, bayaq birinci stol arxasında oturmuş sinəsi, kürəyi açıq sarı saçlı qız meydana çıxdı. Meydanda görünən kimi onu alovlu alqışlarla qarşıladılar. 22-23 yaşı olardı. Çox inamla hərəkət edir, ərköyün baxışlarla salonu nəzərdən keçirir. Xüsusilə, qocalara elə baxırdı ki, elə gülümsünürdü ki, sanki onlar bu qızın əsl yaşıdları idilər. 

Orkestr ritmik bir hava çaldı. Qız oynamağa başladı. Əslində, bu oyun deyildi. Bu, adi striptiz idi. Qız musiqinin ritmi ilə hərəkət edir, gah yaxasını açır, gah koftasını açır, gah yubkasını, gah yaylığını bir yana tullayırdı. Qız şeylərini o yan-bu yana tulladıqca salondakılar vəcdə gəlir və hamı fərəhlə çığırır, ona “afərin” deyirdilər. Xüsusilə, qocalar! Sakit otura bilmirdilər. Onlar yerlərindən sıçrayıb qızı öz dillərində tərifləyir, daha da qızışdırırdılar.

Bizə elə gəldi ki, bu soyunmanın da müəyyən hüdudu olacaq, lakin biz düşünən kimi olmadı. Onun üstündə heç bir şey qalmadı. Salonda yeni bir çığırtı qopdu. Artıq qız çılpaq rəqs edirdi...

...Artıq bizim gecə restoranə barədə təsəvürümüz var idi... Restorandan çıxıb getdik”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri