Qızılın və gümüşün qiyməti AZALIDI
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,3% azalaraq 3 588,22 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,69% azalaraq 41,35 ABŞ dolları olub.

