Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Qlobal gəmiçilikdə karbon emissiyalarını azaltmaq məsələsində ölkələr arasında ciddi fikir ayrılığı yaranıb

Qlobal gəmiçilikdə karbon emissiyalarını azaltmaq məsələsində ölkələr arasında ciddi fikir ayrılığı yaranıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 oktyabr, AZƏRTAC

BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) oktyabrın 14-də Londonda xüsusi sessiyanın açılışını edib. Tədbirdə qlobal gəmiçilikdə istixana qazları emissiyalarını məhdudlaşdırmaq üçün mühüm çərçivə müzakirə edilir.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, qlobal dənizçilikdə karbon emissiyalarının azaldılması danışıqları ABŞ-ın açıq müxalifəti fonunda aparılır. İllərlə davam edən müzakirələrdən sonra hazırlanmış və aprel ayında layihə şəklində təsdiq edilmiş çərçivə ilk dəfə olaraq gəmilər üçün məcburi qlobal yanacaq standartı və istixana qazının qiymət mexanizmini müəyyən edəcək. Əsas məqsəd qlobal ticarətdə malların təxminən 80 faizini daşıyan və qlobal emissiyaların təqribən üç faizinə malik olan qlobal dəniz donanmasını 2050-ci ilə qədər xalis sıfır emissiyaya doğru hərəkət etməsidir.

IMO-nun baş katibi Arsenio Dominqes etiraf edib ki, bəzi ölkələr planı həddən artıq iddialı görür, digərləri isə onun perspektivsiz olacağına inanır. O, nümayəndələri danışıqlara “diplomatiya və hörmətlə” yanaşmağa çağırıb: “Burada bir-birimizə hörmət edirik, hər kəsin fikrini dinləyirik, irəliyə doğru addımlar atırıq və daim dəyişən bu sektoru davamlı olaraq təkmilləşdirməyə çalışırıq”.

IMO-nun Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin sessiyası cümə gününə qədər davam edəcək, nümayəndələr bu çərçivənin gəmiçilikdən havanın çirklənməsinin azaldılması və enerji səmərəliliyinin artırılması üzrə əsas beynəlxalq müqaviləyə düzəliş kimi qəbul edilməsinə səs verəcəklər. Sənəd qəbul olunarsa, qaydalar ümumi çəkisi 5000 qross tondan çox olan bütün okean gəmilərinə şamil ediləcək ki, bu da gəmiçiliklə bağlı emissiyaların təxminən 85 faizini təşkil edir. Milli hökumətlər qərarın icraya cavabdeh olacaq.

Gəmilərdən karbon yayan yanacaqlardan asılılığın tədricən azaldılması və artıq emissiyalara görə qiymət ödənilməsi, gəlirin təmiz enerjiyə keçid tədbirlərinə və inkişaf etməkdə olan ölkələrə dəstək üçün yenidən investisiya edilməsi gözlənilir. Minimum həcmdə - sıfra yaxın karbon emissiya edən gəmilər maliyyə mükafatlarına layiq görüləcək.

Bununla belə, təklif ABŞ tərəfindən etirazla qarşılanıb. Keçən həftə Birləşmiş Ştatların enerji və nəqliyyat rəsmiləri yaydıqları birgə bəyanatda bu çərçivənin “dünya üçün qlobal karbon vergisi” olduğunu bildirərək qeyd ediblər ki, yeni qaydalar daşıma xərclərini 10 faizdən çox artıra və Amerika istehlakçılarına zərər verə bilər. Bəyanatda xəbərdarlıq edilib ki, Vaşinqton bu çərçivəni dəstəkləyən ölkələrə viza məhdudiyyətləri, kommersiya cəzaları və yeni liman rüsumları tətbiq etməyi nəzərdən keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see233

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see227

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see222

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see186

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see168

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see161

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see160

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see153

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see151

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see140

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri