Icma.az
close
up
RU
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb

Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlandıqca,  qəbul ballarının  yüksələcəyi ilə bağlı müzakirələr davam edir. 

Son günlər sosial şəbəkələrdə və abituriyent forumlarında geniş şəkildə yayılan bu fikirlər həm valideynləri, həm də abituriyentləri ciddi tərəddüdlər qarşısında qoyub.

Vəziyyətdən istifadə edən bəzi ixtisas seçimi məsləhətçiləri isə “riskli il” ifadəsini əsas gətirərək, xidmət haqlarını 250 manata qədər qaldırıblar. Sosial şəbəkələrdə isə bu durum narahatlıqla qarşılanır.
Bəs bu il balların  kəskin qalxması gözlənilirmi ?

“Cebheinfo.az” –  a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, balların qalxması məsələsi ilə bağlı iddialar əsaslı deyil:

“Son günlər bəzi şəxslər ixtisas seçimi xidmətlərinin qiymətlərini süni şəkildə artıraraq abituriyent və valideynlər arasında “balların ciddi şəkildə qalxacağı” qorxusu yaratmağa çalışırlar. Xidmət haqlarının 250 manata qədər qaldırılması da məhz bu psixoloji narahatlıq üzərindən əsaslandırılır. Bu iddiaların heç bir rəsmi və statistik əsası yoxdur.

Hazırda yalnız II və III ixtisas qrupları üzrə imtahanlar keçirilib. I və IV qrupların imtahanı isə 13 iyul tarixində keçiriləcək. Yəni yekun nəticələr və ümumi mənzərə hələ tam şəkildə ortada deyil. Bu səbəbdən də balların bütün istiqamətlər üzrə kəskin şəkildə qalxacağı iddiası əsassızdır və cəmiyyətdə məqsədli şəkildə çaşqınlıq yaradılır.

Təəssüf ki, bəzi şəxslər "TikTok" kimi platformalarda canlı yayımlar açaraq abituriyentlərə tamamilə yanlış və əsassız məlumatlar ötürürlər. Heç bir əsas olmadan yayılan belə məlumatlara inanmayın”.

Ə.Həsənli qeyd edib  ki, balların formalaşmasına bir sıra amillər təsir edir:

"Hər il bəzi ixtisaslarda keçid ballarında dəyişiklik baş verir. Lakin bu, imtahan suallarının çətinliyi, nəticələrin ortalaması, ixtisaslara olan maraq və abituriyentlərin sayına əsasən formalaşır. Bütün qruplarda və ya bütün ixtisaslarda kütləvi ballıq sıçrayış real deyil və bu tip kütləvi qorxu formalaşdırmaq yalnız manipulyasiyadır.

Ən əsası isə budur ki, bu iddialar bəzi şəxslər tərəfindən sırf maddi maraq naminə – xidmət qiymətlərini süni şəkildə artırmaq və ailələri təzyiq altına salmaq üçün istifadə olunur”.

Təhsil eksperti abutiriyent və valideynlərə müraciət edərək bildirib ki, əssasız məlumatlara inanmasınlar:

“Seçim zamanı rəsmi mənbələrə, real nəticələrə və keçmiş illərin statistik göstəricilərinə əsaslanın. Təhsil mövzusu üzərindən insanları qorxuya salmaq həm qeyri-etik, həm də gələcəklə oynamaqdır”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: qəbul imtahan Əmrah Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri