Icma.az
close
up
RU
Qorxunu qorxu ilə götürən TÜRKƏÇARƏ Çildaq həqiqətən faydalıdırmı?

Qorxunu qorxu ilə götürən TÜRKƏÇARƏ Çildaq həqiqətən faydalıdırmı?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalqımızın özünəməxsus türkəçarələri çoxdur. Bunlardan biri də qorxunu aradan götürmək üçün istifadə edilən "çildağ" üsuludur.  Hətta Bakının Mərdəkan qəsəbəsində  "Çildağ" kimi tanına "Pir Həsən" ziyarətgahıdır.  Hansı ki bu cür məkanlar insanlarda yaranan qorxu, təşviş və bədnəzəri aradan götürmək üçün istifadə edilir. Bunu çıidağçı adlanan xüsusi insanlar edir.

Çıldağ edilən insanın bədəninin müəyyən yerlərinə xüsusi parçadan hazırlanan közlər vurulur.

Çıldağla bağlı belə bir fikir də var. Əgər bədənə köz dəyən zaman insan səksənmirsə, deməli, həqiqətən nədənsə çox qorxub.

Bir çox insan çıldağın mövhümat olduğunu düşünsə də, bu türkəçarəyə  inananların, hətta faydasını görənlərin sayı az deyil.

Bəs çildağ, o cümlədən,  buna bənzər digər iananclar İslam dinində necə qarşılanır?

Çıldağ həqiqətən də insana faydalıdırmı?

Milli.Az xəbər verir ki, məsələyə münasibət bildirən ilahiyyatçı Tural İrfan Bizim. Media-ya açıqlamasında bildirib ki, xalq arasında yayılmış bir çox ənənələr xurafata dayansa da, mövhumat xarakterli olsa da, bəziləri əsaslı və faydalıdır.

Müsahibimiz çıldağdan öncə belə inanclardan biri olan bədnəzərdən danışıb:

Göz dəymə və yaxud bədnəzər də bu qəbildəndir. Bəzi ölkələrdə bu kimi məsələlərlə məşğul olan, tədqiqat aparan elmi mərkəzlər, institutlar  var və  onlara sahib olan insanları xüsusi gəzməyə məcbur edirlər. Çünki onların gözündə xüsusi bir enerji var ki, bunun maddəyə, cismə təsiri var. Sınaqlar da göstərir ki, bu, var. Quran da təsdiq edir ki, sehr, bədnəzər var. Sehr də mənfi enerjinin şəxsə yönləndirilməsidir. Onun mənfi auraya, bədbin notlarla blokadaya alınmasıdır ki, bu zaman hərəkət, fəaliyyət və düşüncədə ləngimə, pozulma meydana çıxır".

Tural İrfan çıldağ və onun yaranma sıbıəblərindən də danışıb:

"Qorxu elə bir haldır ki, bunun növləri müxtəlifdir. Bu növlərin bəziləri fərqli xəstəlik və problemlərə gətirib, çıxara bilir. Bu da insanların yaş və xarakterindən, sağlamlıq dərəcəsindən asılıdır. Təbii ki, qədim zamanlarda psixoloq, psixiatr, nevroloji xəstəliklər üzrə mütəxəssislər olmadığı üçün insanlar təbii, sınanmış yollarla qorxu və qorxudan yaranan problemləri aradan qaldırıblar. Çıldağ da bu qədim adətlərdəndir. Onun elmi, tibbi, psixoloji cəhətdən mahiyyəti sadəcə bizdə araşdırılmayıb. Araşdırılsa, şübhəsiz ki, bunun elmi izahı da olmamış olmaz".

Yuxarıda qeyd etdiyimiz kimi, çıldağdan həqiqətən fayda gördüyünü deyənlər də var. Bəs bunun səbəbi nədir?

"Çıldağ zamanı bədənin müxtəlif sinir bölgələrinə toxunulur və od vasitəsi ilə oynadılır.

Bu zaman qan dövranı ləngimiş nahiyələrdə proses güclənir. Əsas odur ki, fayda verməsə, insanlar müraciət etməz. Ələlxüsus da bəzi həkimlərin yarıtmaz fəaliyyəti insanları bu kimi qədim vasitələrə müraciət etməyə vadar edir. Tibbin, elmin inkişaf etdiyi bir dövrdə təbii ki, bu kimi vasitələr bir qədər qəribə görünür. Lakin sınaqlar, adətlər və inanc da böyük rol oynayır. Bunu həkimlər də təsdiq edir ki, insana inandığı müalicə, inandığı reabilitasiya daha tez təsir edir. Çıldağ da insanların inancıdır", - deyə müsahibimiz qeyd edib .

Bəs İslam dinində çıldağla bağlı hədislər varmı?

Tural İrfan əlavə edib ki, dindəki  bəzi hədislərdə yazılan müalicə üsullarından biri həcəmət, yəni,  qan almaq, biri də dağlamaq, yəni, çıldağ kimi vasitələrdir:

"Bu gün qan almağı elm də təsdiq və təqdir edir. Əski zamanlarda yaraları isti alətlə dağlayıb, qan axınının qarşısını alıblar. Bu da bu gün tibbdə var. Bəzi yaraları dağlayırlar. Həmçinin, nevroloji xəstəliklər zamanı sinir sisteminə təsir etmək üçün iynəbatırma, xüsusi duş və s vasitələr istifadə edilir. Çıldağ zamanı da buna bənzər üsullarla qorxan adama təsir edilir".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see313

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see141

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see124

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see121

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see119

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri