Icma.az
close
up
RU
Qoyun can dərdində, qəssab piy axtarır ... Qərb Ukraynanı sülhdən yayındırır, ABŞ mineral qoparır

Qoyun can dərdində, qəssab piy axtarır ... Qərb Ukraynanı sülhdən yayındırır, ABŞ mineral qoparır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ukraynadakı böhranın Vaşinqton administrasiyasının əvvəlki rəhbəri Co Baydenin müharibəsi olduğunu unutmamağı xahiş edib və bildirib ki, indi o, bu müharibəni dayandırmaq üçün çalışır. "Bu, Baydenin müharibəsidir. Bu, mənim müharibəm deyil. Mən indi qısa müddətdir ki, buradayam. Bu, Baydenin dövründə olan müharibədir", - deyə bildirib.İki Avropa ölkəsinin müharibəsində sadəcə sabiq həmkarını günahlandırmaq Trampa nə qazandıra bilər? Putini müdafiə etmək, yoxsa öz yerini sağlamlaşdırmaq? Trampın Baydeni "günah keçisi" təyin etməkdə əsas məqsədi nədir?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, Donald Trampın prezidentliyi dövründə respublikaçıların əsas hədəflərindən biri onların xarici siyasət doktrində elan etdiyi iqtisadi maraqların önə çıxdığı siyasi xətti davam etdirməkdir: “Donald Tramp çalışır ki, dünyada onun arzulamadığı münaqişələrin sayı azalsın və nəticədə ABŞ-ın iqtisadi maraqlarına xidmət edən daha sabit, eyni zamanda ictimai stabilliyin olduğu bir vəziyyət formalaşsın. Həm də artıq açıq şəkildə ABŞ Ukraynanın mineral sərvətləri və faydalı qazıntı yataqlarına olan iddialarını irəli sürür”.

Tural İsmayılov

Tural İsmayılovun fikrincə, Amerika Birləşmiş Ştatlarının həm də hədəflərindən biri odur ki, ən qısa zamanda Ukraynada öz investorları vasitəsilə təmsil olunsun.

“Rusiya-Ukrayna müharibəsində sakitlik olmadığı müddətdə Amerika Birləşmiş Ştatlarının bu siyasətinin reallaşması çətinləşəcək. Həftəsonu Rusiya-Ukrayna müharibəsində vəziyyət daha da kritikləşib. Özəlliklə, Ukraynanın Sumı vilayətinin vurulması fonunda aqressivliyin və gərginliyin bu həftə ərzində də davam etmə ehtimalları kifayət qədər yüksəkdir. Əlbəttə, Tramp özü də etiraf edib ki, Rusiya ilə Ukrayna arasında hansısa ilkin çərçivə sazişinin imzalanması çətindir. Artıq Tramp da görür ki, Avropa İttifaqına daxil olan ölkələr Ukraynanı hansısa müqavilə imzalamaqdan yayındırmağa çalışır. Tramp da vaxtın uzanacağını proqnozlaşdıra bildiyi üçün haqlı olaraq problemi öz üzərindən ataraq, özündən əvvəlki Bayden administrasiyasını günahlandırır. Tramp bununla bir daha həm öz elektratına, həm də dünyaya mesaj vermək istəyir ki, münaqişənin uzanma səbəbi münaqişənin başlamasına səbəb olan qüvvələrdir. Və burada da təbii ki, birmənalı şəkildə hakimiyyətinin əsas günahkar olması mesajını ictimai rəydə gücləndirməyə çalışır”-deyən politoloq bildirib ki, hər bir halda Trampın məqsədi ən qısa müddətdə bir saziş imzalanmasıdır.

Tural İsmayılov qeyd edib ki, Tramp Ukraynanın minerallarını ən tez müddətdə artıq Amerika kapitalı ilə dövriyyəyə buraxmağa çalışır və buna görə də münaqişədə sakitlik, sabitlik və eyni zamanda silahların susmağı indi Tramp üçün labüddür.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri