Icma.az
close
up
RU
Qubadlı qəhrəmanlıq, qayıdış və yenidənqurma rəmzi

Qubadlı qəhrəmanlıq, qayıdış və yenidənqurma rəmzi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın tarixində 25 oktyabr xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Qubadlı şəhərinin işğaldan azad olunduğu gündür. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən parlaq Qələbə nəticəsində Qubadlı rayonu da azadlığa qovuşdu. Prezident İlham Əliyevin dediyi kimi:“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”

Bu gün Qubadlı yalnız azad edilmiş torpaqlarımızdan biri deyil, həm də qəhrəmanlıq, qayıdış və yenidənqurma simvoluna çevrilib.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazini əhatə edən bu torpaq qərbdən Ermənistanla, şimaldan Laçınla, şərqdən Cəbrayılla, cənubdan isə Zəngilanla həmsərhəddir. Rayonun əksər kəndləri Həkəri və Bərgüşad çaylarının sahillərində yerləşir, bu da ərazini kənd təsərrüfatı üçün əlverişli edir.

İşğaldan əvvəl Qubadlının 79.812 hektar torpaq fondu vardı. Ərazidə “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar düzənliklər mövcud idi. Qubadlının torpaqları, su ehtiyatları və təbii sərvətləri onun iqtisadi potensialını formalaşdırırdı. Rayonun ərazisində mərmər, yəşəm, əqiq, tuf və mişar daşı yataqları da qeydə alınmışdı. Bütün bunlar Qubadlının həm kənd təsərrüfatı, həm də sənaye baxımından mühüm inkişaf perspektivinə malik olduğunu göstərirdi. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qubadlı rayonuna hücumlar intensivləşdi. 1993-cü ilin 31 avqustunda Qubadlı tam işğal edildi. İşğal illəri ərzində rayona misli görünməmiş dağıntılar vuruldu.

94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 148 sosial obyekt, 161 mədəniyyət evi, 7 məscid və onlarla körpü dağıdıldı. 30 minə yaxın əhali məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşdırıldı. Bu, Qubadlı tarixində ən faciəli mərhələlərdən biri idi.

İşğal dövründə Ermənistan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Xaricdən gətirilən ermənilər Qubadlı kəndlərində yerləşdirildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu.

2020-ci ilin payızında Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başladığı əks-hücum əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi müharibənin gedişatında strateji dönüş nöqtəsinə çevrildi.

Düşmən şəhəri möhkəm istehkamlarla əhatə etmişdi, lakin Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı nəticəsində yüksəkliklər ələ keçirildi, şəhər düşməndən tam təmizləndi. Nəticədə Qubadlı və onun 41 kəndi işğaldan azad olundu. Bu zəfər həm də Zəngilan və Laçının azad olunmasına yol açdı.

Prezident cənab İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı Fərmanla “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Hərbi əməliyyatlarda xüsusi igidlik göstərən 15 mindən çox əsgər və zabit bu medalla təltif olundu. Qubadlının azad olunmasından sonra burada genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr tarixi “Qubadlı şəhəri günü” kimi təsis edilib. Bu, həm tarixi Qələbənin, həm də vətənə dönüşün simvoludur.

Azad Qubadlıda mühüm infrastruktur layihələri icra olunur. 2021-ci ilin oktyabrında 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası istifadəyə verilib, yeni elektrik və fiberoptik xətlər çəkilib. 2025-ci ildə təsdiqlənən “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” bu ərazinin dayanıqlı inkişafını təmin edəcək. Gələcəkdə 47 mindən çox əhalinin məskunlaşması planlaşdırılır. Qubadlının Mahruzlu və Zilanlı kəndlərində artıq yeni evlər tikilir. Mahruzlu kəndində 190, Zilanlıda isə 159 evin inşası aparılır. İlk mərhələdə ümumilikdə 1600-dən çox sakinin məskunlaşdırılması nəzərdə tutulub. Prezident cənab İlham Əliyevin göstərişi ilə Qubadlıda sosial-iqtisadi inkişafı təmin edən yollar, enerji xətləri, təhsil və səhiyyə müəssisələri inşa edilir. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları regionun logistikasını yenidən formalaşdırır.

Bu yollar həm sakinlərin rahatlığını, həm də iqtisadi əlaqələrin güclənməsini təmin edəcək. Yeni su anbarları, elektrik və kommunikasiya xətləri, gömrük postları və hərbi hissələr rayonun strateji əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin azad Qubadlıya səfərləri dövlətimizin bu torpaqlara olan diqqət və qayğısının göstəricisidir. 2020-ci il 23 dekabrda Qubadlıda üçrəngli Azərbaycan bayrağı ucaldıldı.

2021-ci il 25 oktyabrda “Qubadlı” yarımstansiyasının açılışı, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin istifadəyə verilməsi və Xanlıq–Qubadlı yolunun təməlqoyma mərasimi keçirildi. 2022-ci il 19 oktyabrda Prezident “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu.

2023-cü il 4 mayda Qubadlı şəhərində inzibati bina, məktəb, xəstəxana və yaşayış məhəllələrinin təməlqoyma mərasimləri keçirildi. Bu səfərlər Qubadlının yenidən doğuluşunun canlı sübutudur. Bu gün Qubadlı artıq dağıntıların deyil, yenidənqurmanın, inkişafın və qürurun simvoludur. Qubadlının dirçəlişi Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və qətiyyətini əks etdirir. Qubadlıya qayıdış yalnız torpağa dönüş deyil, həm də milli qürurun, şəhidlərin ruhuna ehtiramın təntənəsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində yaxın illərdə Qubadlı müasir infrastruktura malik, yaşıl enerji ilə təmin olunan, dayanıqlı və gözəl bir şəhərə çevriləcək.

Qubadlı - Zəfərimizin, səbrimizin və yenidən doğuluşumuzun rəmzidir.

Füzuli HƏSƏNOV,

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri