"Görünən odur ki, daha çox inkişaf etməliyik" Rui Jorje
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə Qəbələ şəhər stadionunda keçirilən yoldaşlıq oyunundan (0:1) sonra komandanın mətbuat xidmətinə fikirlərini bildirib.
QOL.az xəbər verir ki, portuqaluyalı mütəxəssis futbolçularının istəkli olduğunudu deyib:
"Çox səy göstərdilər. Amma göründü ki, daha çox inkişaf etməli, daha keyfiyyətli oynamalıyıq. Təbii ki, yağışlı havada çıxış etmək o qədər də rahat deyil. Ancaq hər iki komanda üçün vəziyyət eyni idi. Futbolçuların oynama əzmi və mübarizəsi xoşuma gəldi. Performansımızı artırmağa, gündən-günə daha yaxşı olmağa çalışacağıq”.
Baş məşqçi fasilədən sonra birdən-birə 9 əvəzetməyə əl atmasına da aydınlıq gətirib: “Bütün futbolçuları meydanda görmək istəyirdik. Buna görə də, ikinci hissəyə 9 əvəzetmə ilə başladıq. Oyunçuların bir-birlərini necə başa düşdüklərini, nədə çətinlik çəkdiklərini bilmək üçün onlara şans vermək lazımdır”.
Rui Jorje millinin oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşünə hazır olacağını deyib: “Vüsal Paşayev istisna olmaqla digər futbolçuların hər biri 45 dəqiqə meydanda oldu. Bu səbəbdən Yaponiya ilə matça yorğun çıxacağımızı düşünmürəm. Üstəlik, nəzərə alaq ki, dünya çempionatında da matçlar üç gündən bir olur. Bunlara hazır olmalıyıq”.
Qeyd edək ki, Azərbaycan - Yaponiya qarşılaşması oktyabrın 6-da Qəbələ şəhər stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















