Icma.az
close
up
RU
"İrandakı hadisələr daxili qüvvələrin istəyilə baş verir" ŞƏRH

"İrandakı hadisələr daxili qüvvələrin istəyilə baş verir" ŞƏRH

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


BBC-nin məlumatına görə, son 10 gündə İranda keçirilən etiraz aksiyaları nəticəsində ən azı 36 nəfər ölüb. İqtisadi böhran səbəbindən başlayan və 31 əyalətdən 27-sinə yayılan iğtişaşlar zamanı 60-dan çox etirazçı isə yaralanıb. Həmçinin İran rejimi etirazlarda iştirak edən 2076 nəfər həbs edib.

Maraqldır, davam etməkdə olan bu aksiyalar nəticəsində İranda rejim dəyişikliyi baş verə bilərmi?

Mövzu ilə bağlı Bakupost.az -a danışan siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, ötən ilin dekabrın 28-dən başlayan aksiyalarla oxşar motivli etiraz aksiyaları 2017-ci ilin dekabrın sonu- 2018-ci il aprelin ortalarına qədər davam edib.

Onun sözlərinə görə, o zaman da iranlılar inflyasiyanın artmasına, işsizliyə, iqtisadi problemlərə, rüşvətxorluğa və korrupsiyaya etiraz ediblər:


“Yəni eyni tələblər, eyni etirazlar bu aksiyada da irəli sürülməkdədir. Amma sistemin dəyişilməsi belə asan başa gəlmir. Tehran hakimiyyətinin hələ ki həm iqtisadi, həm də siyasi gücü var. Dinc etiraz aksiyası iştirakçıları öz tələblərilə sadəcə olaraq Tehran hakimiyyətinə qarşı beynəlxalq təzyiqlərin artmasına yardım edə, iqtisadiyyatın risk altında olduğunu, İrana qarşı yeni sanksiyaların qəbul olunması kimi məsələləri gündəliyə gətirə bilərlər. Amma belə tezlikdə bu aksiyaların ölkədə siyasi sistemi dəyişəcəyi hələ ki, mümkün görünmür. Çünki İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) hələ də güclüdür və Tehran hakimiyyəti daxilində müəyyən birlik mövcuddur. Yəni nə polis sistemindən, nə hərbi sistemdən, nə parlamentdən heç bir rəsmi, nüfuzlu şəxs istefa verib xalqa və etirazlara qoşulmayıb. Ona görə də bu etirazın gücü hələlik sistemi dəyişəcək səviyyədə deyil”.

Məsud Pezeşkiana təzyiqlərə gəlincə, Sədrəddin Soltan vurğulayıb ki, o, İran Konstitusiyasına görə rəsmən dövlətin ikinci şəxsi olsa da, səlahiyyət baxımından islahat aparmaq, iqtisadiyyatın inkişafı və s. məsələləri reallaşdırmaqda gücsüzdür:

“Çünki o, bəhs olunan məsələlərlə bağlı istənilən təşəbbüslə çıxış etsə belə, bu təşəbbüslər Ayətullah Seyid Əli Xameneinin rəhbərlik etdiyi institutlar tərəfindən bloklana bilər. Yəni ölkədə əsas söz sahibi Xamenei və onun rəhbərlik etdiyi müxtəlif institutlardır. Məsud Pezeşkian hökumətin başçısıdır, hakimiyyətin, dövlətin başçısı isə ali rəhbər Xameneidir. Ona görə də hökumət bu tip oyunlarda, etiraz aksiyalarında hədəfə çevrilir. Yekun olaraq isə belə bir rəy irəli sürülür ki, guya bütün problemlərin həllində geri qalan, həll etmək imkanı olmayan məhz hökumət və hökumətin başçısıdır. Başqa sözlə, Məsud Pezeşkian və onun rəhbərlik etdiyi 14-cü hökumət "günah keçisi" rolunda ola bilər.

Bir müddət əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirmişdi ki, hökumət islahatlarda gecikir. Ötən ilin aprelində isə iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətini istefaya göndərdilər. Elan etdilər ki, ölkədə iqtisadi və maliyyə sahələrində geriləmə var .Daha sonra isə Himmətini Məsud Pezeşkian Mərkəzi Banka sədr təyin etdi. Hakimiyyət, hökumət daxilində kadr dəyişikliyi islahatlar üçün qurtuluş və çıxış yolu deyil. Hətta Məsud Pezeşkian istefa versə belə, bu, İranda inflyasiyanın, işsizliyin qarşısını almaq, müxtəlif sosial, mədəni və iqtisadi azadlıqları təmin etmək iqtidarında deyil. İranda köklü konstitusiya dəyişikliyi də daxil olmaqla islahatlara ehtiyac var. Ən əsası isə Tehran hakimiyyətinin ABŞ başda olmaqla Qərblə dialoqa getməsi əsas şərtlərdən biridir. Bunlar olmadığı halda, kimin istefa verməsindən asılı olmayaraq, Tehranın düşdüyü bu böhranlı vəziyyətdən çıxması çətin olacaq”.

S.Soltan bildirib ki, istər İran, istər qeyri-dövlət olsun, həmin ölkədə marağı olan dövlətlər etiraz aksiyalarını həmişə diqqətlə izləyir və lazım gəldikdə ona siyasi dəstək verirlər:

“Məsələn, İrandakı etiraz aksiyalarına ABŞ bəyanatla dəstək verdi. Prezident Donald Tramp elan etdi ki, etiraz aksiyası iştirakçılarına zor tətbiq etməyin, əgər zor tətbiq etsəniz, fərqli cavablar verilə bilər və s. Yaxud senator Qrem bildirdi ki, İranı yenidən böyük edək. Bu tip bəyanat və şüarların səsləndirilməsi etirazçıları, uğrunda mübarizə apardıqları tələblərə və hədəflərə doğru ruhlandırır. Başqa nə cür yardım göstərilə bilər? Bu, hərbi-silahlı müqavimət deyil ki, silah-sursat və s. göndərilsin. Bu tip etiraz aksiyalarına sadəcə müxtəlif siyasi bəyanatlar verilməklə dəstək göstərilir və bu da artıq verilib. Ola bilsin ki gələcəkdə Aİ münasibət bildirsin, Aİ Parlamenti mövqe ortaya qoysun, Böyük Britaniya və s. açıqlamalar versin. Amma hələ ki ABŞ-dən başqa dövlətlərin açıq münasibəti görünmür.

Digər tərəfdən, İrandakı hadisələr daxili qüvvələrin istəyilə baş verir. Bu tip aksiyaları xarici qüvvələr istəsə belə təşkil edə bilməz. Xarici qüvvələr, başqa dövlətlər bu aksiyaları yalnız öz maraqları çərçivəsində, eləcə də xaricdə fəaliyyət göstərən İran müxalifət təşkilatları vasitəsilə dəstəkləyir, bununla bağlı müxtəlif aksiyalar keçirirlər. Hətta ola bilsin ki, perspektivdə ABŞ və ya onun müttəfiqləri bu aksiyalar fonunda insan hüquqlarının, sərbəst toplaşma azadlığının pozulmasını əsas gətirərək Tehran hakimiyyətinə qarşı müxtəlif sanksiyalar tətbiq etsin”.

Lalə Novruz, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri