"Medaura" klinikasından daha bir şikayət Qadının burnunu pis günə qoydular
Icma.az, Medicina portalına istinadən məlumat verir.
"MedAura" klinikası və onun baş həkimi Nigar Məhəmmədovadan daha bir şikayət var.
"Medicina" Xəzər TV-yə istinadən məlumat verir ki, ötən ilin aprel ayında bu klinikada burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədova bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

O, əməliyyatı icra edən özəl klinika "MedAura"nın həkimi Kəmalə Mirzəyevadan şikayətçidir.
Şikayətçi iddia edir ki, əməliyyata 1400 manat ödəniş edib. Təkrar əməliyyat üçün isə indi 6000 manat lazımdır. Onun tələbi bu ödənişin ona verilməsidir ki, başqa klinikada yenidən əməliyyat olunsun.
Sözügedən özəl klinikanın baş həkimi Nigar Məhəmmədova bildirib ki, həkim Kəmalə Mirzəyeva artıq işdən çıxarılıb. Baş həkim özü də ondan şikayətçidir.
Qeyd edək ki, bu Medaura ilə bağlı ilk belə hal deyil. Klinikada burun estetik əməliyyatlarının fəsadlarından şikayətçilər sonradan təkrar əməliyyata məruz qalıblar.
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















