Qurban Qurbanov: Oyunçuların bir yerdə olmalarına ehtiyac var idi
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında "Metallist 1925" (Ukrayna) və "Ferentsvaroş"la (Macarıstan) keçirilən görüşlər haqqında danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib:
"Bu gün iki oyun keçirdik. "Metallist 1925"lə matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq. Günün ikinci matçındakı rəqibimiz "Ferentsvaroş" da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq. Pis alındığını deyə bilmərəm. Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Komandamızda kifayət qədər dəyişikliklər edilib. Oyunçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik. Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" "Metallist 1925"ə 2:6, "Ferentsvaroş"a isə 0:1 hesabı ilə uduzub.
Baxış sayı:156
Bu xəbər 02 İyul 2026 06:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















